İmam Rzanın (ə) münazirələrinin gözəgələn faydaları nələrdir?
Peyğəmbərdən (s) sonra İmamların öhdəliklərindən biri də bu idi ki, İslamın həqiqi yolunu bəyan və aydın etsinlər. Necə ki, İmam Sadiq (ə) çoxsaylı tələbələrə dini maarifləri bəyan edirdi. İmam Rza (ə)-ın dövründə də bu şərait yarandı ki, İmam Rza (ə) başqa yolla bu öhdəliyini yerinə yetirsin. İmam Dövründə haqqı bəyan etmək yolu onun münazirə və mübahisə etməsi ilə mümkün idi. sualımız budur ki, bu münazirə ilə hansı faydalı ələ gətirdi İmam bu addımı atmağa razı oldu? Cavabda deyirik İmamın münazirələrdən gözəgələn İslam ümməti üçün faydaları bunlardan ibarətdir: 1-İslam ümmətində müxtəlif baxışları düzgün yola yönəltdi, 2-Başqa ölkələrdən təhriflərin daxil olmasının qarşısını haqqı bəyan etməklə aldı, 3-O zaman Mötəzilə qrupunun baxışının rövnəqləndiyi zamanda İmam Haqq məktəbi tanıtdırdı, 4-Zamanın hakiminin sui niyyətlərinin qarşısını aldı, yəni Məmun Əhli-Beyt (ə) elmini kiçiltmək üçün müxtəlif yollara əl atırdı, İmam bu elmin dərinliyini sübut etməklə onun hiyləsini boşa çıxarırdı, 5-Azad fikirlərin azadlığı və genişliyinə şərait yaradırdı, yəni hamı düşünməli və haqqı tapmalıdır baxışını yaymaq məqsədi ilə ki, o zaman kimi nə səhabə nə deyir düzdü sözü var idi, 6-Münazirə ilə İmam müxaliflərin düzgün yolda olmadığını sübut etdi, yəni sübut etdi ki, naqisdirlər deməli haqq Əhli-Beytlədir məktəb də budur.
İmamlar haqq məktəbini yaymaqla zamanın şəratiinə uyğun olan yollardan istifadə edirdilər, və hədəfləri eyni məqsəd idi. Hədəf bir ola bilər, amma icazəli yollar müxtəlif olması da mümkündür, biri qiyamı ilə, biri duası ilə, biri elmi ilə, əməli göstərişləri ilə, biri münazirəsi ilə, biri şəxsiyyətləri yetişdirməklə və ...