Niyə bəzən yaxşı işlərdən məhrum oluruq?
İnsan bu dünya tarlasına nə əkər, onu da biçər. Əgər yaxşı məhsul əkibdirsə, yaxşı məhsul da yığar. İstər bu dünyada olsun, istərsə də axirətdə, istər az və istərsə də çox. (Tebyan)
Əgər insan bu həqiqəti qəbul edərsə, rəftar və əməllərinə diqqət edər. Bu gün etdiyi işlərində axirətini düşünər. Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və deyir: “Mən niyə gecə namazından məhrumam?”. İmam Əli (ə) buyurur: “Sən elə kişisən ki, günahların əl və ayaqlarını zəncirlə bağlamışdır. Qoymur ki, ayağa qalxasan”.
İmamın (ə) bu nurani kəlamlarını din alimləri dəfələrlə təkrar edirlər ki, günah sizi xeyir işlərdən çəkindirər və sizi məhrum edər. Yəni günah qoymur ki, siz ayılasınız, əgər ayılsanız belə, ayağa qalxa bilmirsiniz. Çünki əl və ayaqlarını naməlum zəncirlər bağlamışdır. Yəni, ayağa qalxmaq istəyirsənsə, gərək ilk olaraq, bu zəncirləri çıxardasan.
Bir nəfər mərhum Şeyx Həsənəli İsfahaninin yanına gəlir və alimdən soruşur: “Sizə bir şeyi ərz etmək istəyirəm. Mən bilmirəm ki, mənə nə mane olur ki, səhərləri ayağa qalxa bilmirəm. Bu vəziyyət səhər gün çıxana qədər davam edir. Günəş çıxan kimi yerimdən rahat qalxa bilirəm. Mən bilmirəm ki, bu nə deməkdir?”. Alimə hər nə qədər deyirsə ki, mənə dua öyrədin, bu problemim həll olsun. Ancaq alim buyurur ki, gedə bilərsiniz və ona əsla etina etmir. Bu mənzərəni müşahidə edənlər deyir ki, alimin bu halı bizi təəccübləndirdi. Həmin kişi gedən zaman alim onun arxasınca yüksək səslə dedi: “Müvəffəq olmayacaqsan”. Biz daha çox təəccüb etdik. Ondan bu rəftarın səbəbini soruşduq və buyurdu: “O, elə bir xəyanətə düçar olmuşdur ki, bu xəyanət qoymur o, belə bir tofiqata çatsın”.
Bəli, bu alimin sözləri İmam Əlinin (ə) nurani hədisində dedikləri ilə üst-üstə düşür. Yəni əgər bir xeyir iş görməkdən məhrumsansa, əvvəl bu zəncirləri açmağa çalış. Keçmişdə olan hesablarını həll et, tövbə et və təmizlən. Ondan sonra Allah sənə belə bir tofiq əta etsin. Deyerler.org
Nəticədə: İnsanın günahlarıdır ki, yaxşı işləri görmək istədiyi halda ona mane olur o hiss etmədən. və bu günahların növləri var ki, üç dəstədirlər.
Yəni insan üç cür günah edir: Haqqullah- Allahın haramlarından çəkinmir və vacibatlarını yerinə yetirmir, Haqqun-nəfsə aid olan günahlardan çəkinmir, yəni məkruh olan bəzi əməllər ki, onu inkişafdan saxlayır əl çəkmir, və həqqun-nasa diqqət etmir. Yəni başqlarının qəlbini qırır və onların nifrinləri maneə olaraq yaxşı işlərin qarşısını alır. günahlardan çəkinək yaxşı işlərə mane olan pərdələri silək.