Tərbiyədə lazımli əsaslar nələrdir?


İslam Peyğəmbəri (s) bəşəriyyət üçün kamil bir şəxsiyyət kimi örnək elan edilmişdir. və hər bir cəhətdən eləcə də tərbiyə cəhətindən onun hərəkətləri İslam aləmi üçün ən gözəl və bəyənilmiş örnək hesab olunmuş və olunmaqdadır. Bu sualımızı da elə o həzrətin tərbiyə etdiyi metodları zikr etməklə cavablandırırıq.
Peyğəmbərin (s) metodlarının əsasları ibarətdir:
1-Qarşı və müqabil tərəfi cəzb etməyə diqqəti, dəvət və tərbiyə məqsədyönlü hərəkətlərdə qarşı tərəflərin əlaqə və zövqlərini tanımaqla onlara aid olan maairfləri dəqiq və dərinliklə başa salması,
2-maraq yaratmaq və müqabil tərəfin cahilliyinə diqqətli olmaq, misal üçün sual və şübhələr yaratmaqla və onun cavablandırmaq şərti ilə tərbiyə hədəfinə yaxınlaşmaq üçün çalışardı,
3-camaatın baxış və fikirlərinin fərqlərini nəzərə alaraq başa salmalarda müxtəlif metodlardan istifadə etmək, hər bir insanların əqli və düşüncəsi həddində danışmaq tərbiyə metodunda çox təsirli amillərdən biridir. Bir nəfər ki, dini əqli yolla tanıya bilər və onu də öz haqqında düzgün hesab odar, tərbiyə edən şəxs gərək diqqətli olsun ki, hamıya öz düşüncəsi həddində və tanış olduğu sözlərlə tərbiyə möhtəvasını başa salsın.
4-yaranan hər fürsətdən ehtiyacları cavablandırmaq üçün sualları cavablandırmaq, hər bir zaman insanın qənimətidir. Peyğəmbər (s) da hər bir anda ki, yaxşılığı diriltmək üçün fürsət yarandığını hiss edirdi və ya pisliyin məhvi üçün şərait yarandığına yəqin edirdi dayanmadan ilahi qanunları açıqlayardı.
5-Gözəl əxlaq, Peyğəmbər (s) bu davranışları ilə yaxınlarını və yaxın olmayan insanları Allahın kamil və səadət bəxş edən dininə dəvət etməyə müvəffəq oldu. gözəl əxlaq insanın başqaları qarşısında mehribanlıq və izzət amili kimi qəbul olunur. Tərbiyə metodunda da əsasl qanun kimi qəbul olunmuşdur. Əməlsiz alim və tərbiyəçi heç bir təsir edə bilməz çünki edən deyər et, etməyən desə bilsin ki, tərbiyədə heç bir nəticə ala bilməz. Deyilən sözün əleyhinə getmək etimadsızlıq əlaməti kimi qəbul olunur.
Nəticədə: bu beş yollarla Peyğəmbərin (s) sünnətindən ibrət alaraq cəmiyyətdə, tayfa və ailədə tərbiyə vəzifəsində müvəffəq olmaq olar necə ki, o böyük şəxsiyyət buna nail olmuş və olmaqdadır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter