Kimlər heç bir zaman behiştə getməyəcəkdir?
Qurani-Kərimə nəzər salan zaman görmək olar ki, insanların bəzisi heç bir zaman behiştə daxil ola bilməyəcəkdir. Bu insanların sırasına müşriklər, təkəbbür əhli, İlahi ayələri inkar edənlər daxildir. (Tebyan)
Belə ki, Quran buyurur: “Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk”. (“Əraf” 40).
“Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki, Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer - oddur. Zalımlara əsla kömək edən yoxdur» demişdi”. (“Maidə” 72).
“Bizim ayələrimizi təkzib edən və onları qəbul etməkdə təkəbbürlük göstərənlər isə od əhlidirlər ki, orada əbədi qalacaqlar”. (“Əraf” 36).
Hədislərdə.
Hədislərə nəzər salan zaman görmək olur ki, behiştdən məhrum olan insanlar bəzən üç dəstə, bəzən dörd dəstə, bəzən on dəstə bəyan edilmişdir.
Həzrət Peyğəmbər (s) buyurur: “Üç tayfa behiştə daxil olmayacaqdır: şərabxor, o kəs ki, peşəsi sehirdir, o kəs ki, qohumluq əlaqəsini kəsmişdir”.
İmam Sadiq (ə) buyurur: “Kahin (qeybdən xəbər verən), münafiq, şərabxor, söz gəzdirən behiştə daxil olmayacaqdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah behişti iki növ kərpicdən xəlq etmişdir: biri qızıl kərpic və biri isə gümüş. Divarlarını yaqurdan, tavanını xrizolitdən, xırda daşları luludan, torpağını zəfərandan və xoş ətirli müşkdən qərar vermişdir. Sonra ona buyurmuşdur ki, danışsın. Ərz etmişdir: Səndən başqa Allah yoxdur. Cavidan Allah, səadətli o kəsdir ki, məndə yeri vardır. Allah Təala buyurur: İzzət, böyüklük, əzəmət və uca məqamıma and oslun ki, behiştə daxil olmaz: şərabxor, özünü satan, söz gəzdirən, həyat yoldaşına qeyrətsizlik edən, o kəs ki, qohumluq əlaqəsini kəsər...”.
Beləliklə bu ayə və hədislərdə adı çəkilən insan qrupu heç bir zaman behiştə daxil ola bilməyəcəkdir. Əgər bu insanlar tövbə etməsələr, aqibətləri cəhənnəm olar. Ancaq tövbə qapısı hamımızın üzünə açıqdır və hələ ki, fürsət var, bu neməti əldən verməyək. /Deyerler.org/