Haqq yolçuların yolazmalarının səbəbləri nələrdir?
Bütün ƏHli-Beyt (ə) məktəbinin öndə gedənlərinin borcudur ki, haqqa yönələn müsəlmanlara diqqətlə və davamlı olaraq baxışlarına nəzarət etsinlər. Yəni onları qorumaq lazımdır yenilərin dalında getmək mühüm məsələdir, amma məhrəmləri qorumaq daha əhəmiyyətə malikdir çünki üz döndərsələr daha dərin və qatı düşmən olarlar. Haqq belə olsaq inadkarlıq xüsusiyyəti bizdən dönənləri bizə inadkarlıq üzündən düşmən edər. Çünki insan zəif xəlq olunmuşdur.
Bu müqəddiməyə əsasən zəruri bir məsələ budur ki, bilməliyik hansı əməllər səbəb olur ki, bəzi haqq sevərlər yollarını dəyişir və düşmən olurlar.
İslam mənbələrində və maariflərində haqq yolçuları 5 səbəbə əsasən yollarını azarlar:
1-Lazımi və zəruri məlumatları əldə etməmələri, bilməyib soruşmamaları və axtarmamaları, Yəni həm haqq yoçusunun günahı və həm də alimlərin günahı ola bilər ki, bəzi müsəlmanlar yollarını azsınlar. Belə vəziyyətlə ki, haqq yolçuları heç bir məlumatları müqayisə etmədən tələsərək nəticə alar və əqidəsində dəyişiklik edər bu düzgün baxış və addım deyil. Eləcə də öndə gedən məktəb sahibləri məlumatların yayılmasında tənbəllik etmələri səbəb olar həqiqət yolunda olanlar hidayət üçün lazım olan məlumatlardan məhrum olsunlar. Elm insanın haqq yolu üçün açarıdır.
2-Haqq məktəbin öndə gedənlərin səhv hərəkət və addımları, İnsanın varlığında qaçılmaz bir xüsusiyyət var ki, səadətə çatmaq üçün ülqu və nümunə şəxsiyyət arxasında olar. Birinin müsəlman və haqq davamçısı olması başqaları ilə müqayisədə ələ gəlir. Necə ki, müsəlmanlar Peyğəmbəri İslamın kamil əməlçisi bilmişlər. Bəzi dini şəxsiyyətlərin səhv və dediklərinə əməl etməmələri yeni dəvətə cavab vermiş şəxsdə bədbinlik yaradır və yeni başlamış yoluna tövbə edir və bir daha o barədə düşünməyi belə zehninə gətiməyi istəmir.
3-İslama yad və düşmən olanların dünyəvi əməl və baxışlarda öndə olmaları, Bəşəriyyət o zaman dinə meyilli olar ki, günyasında da inkişaf etmiş olsun. Bəzi haqq tərəfinə gəlmək istəyənlər müsəlmanların geridə qalmalarını İSlamın naqis olması kimi başa düşürlər. Gərək İSlam öncülləri bütün bəşəriyyətə bunu başa salsınlar ki, İslam hər cəhətdən ehtiyacları təmin edəndir, geri qalmalar vasa müəslmanların naqis hərəkətlərindən irəli gəlmişdir.
4-Haqq yolçularının sual və şübhələrinin cavabsız qalması, İnsan haqq tərəfinə gəlmək istəyəndə daxili suallar və şübhələr və eləcə də Şeytanın məharəti ilə bəzi qaranlıq məsələlər zehinlərdə yarana bilər. Bunlara cavab verilməyəndə keçmiş yoluna qayıtması hətmi bir məsələ olaraq qəbul olunur. Çünki haqq tərəfdarı hər bir məsələni həzm etmək istər cavabsız qalanda yolunu dəyişər.
5-Zahirdə yad və düşmən qrupların qələbəsinin görünməsi, Aldadıcı təbliğatlar və şayiələrin yayılması, informasiya vasitələrindən dünya müvəffəqiyyətlərin mənəvi inkişaflardan çox yayılması. Təzə müsəlman olan xoşbxətlik arxasında olur. Əgər bu şəxsiyyət hiss etsə ki, müvəffəqiyyətlər qeyri-müsəlmanlara aiddir İslamdan qəti sürətdə üz döndərər. Gərək öncül islamçılar təbiğat qarşısında öz müvəffəqiyyətlərini üzərər çıxarsınlar. Qeyri müsəlmanların aldadıcı müvəffəqiyyətlərin təbliğatı qarşısında ziyanlarının daha çox olduğunu təbliğ və üzə çıxarsınlar.
Nəticədə: Elmsizlik, tanınmış şəxsiyyətlərin səhvləri və diqqətsizlikləri, yadların və düşmənlərin daha fəal olmaları, təzə yolçuları qane etməmələr, və müvəffəqiyyətlərin yalnız qeyri-müsəlaman aid olmasının təbiliği yeni düzgün yola sövq olunanların azdıcı amilləri ola bilərlər.