Hansı dəstə insanlarla get-gəl etmək faydalı olar?


İlahi sonuncu rəhbər seçilən İslam Peyğəmbəri (s) bəşəriyyətin səadətini onun ictimada yaşaması ilə olmasını demişdir. Amma bəzi rəvayətlərdə görürük ki, daha çox fayda və ziyandan amanda qalmaq üçün üç dəstə ilə get-gəl etməyi daha xeyirli və bərəkətli hesab edir. Bir hədisdə belə rast gəldik ki, Peyğəmbər (s) müsəlmanlara xitabən buyurdu bu üç dəstə ilə get-gəl edin: 1-Alimlərlə rabitdə olun, (çünki onlar insanı qəflət və nadanlıq bataqlığından xilas edən insanlardırlar. Elm insanın mərifətə çatdıran amildir ki, elm sahiblərindən soruşmaqla hər bir müsəlman özünü azğın yoldan çıxara bilər.
2- Hikmət sahibi olan insanlarla birlikdə olmaq, yəni elmi və əməli və eləcə də təcrübəsi olan insanların ağlından, təcrübəsindən və sonucu görmək qabiliyyətindən istifadə etməklə müsəlman bir şəxs özünü faydalı ilahi yolda qərar verə bilər. Hİkmətli insan münafiq insanın əksinə bir şəxsdir. Çünki münafiq uzağı yaxın və yaxını uzaq görən insandır, amma hikmətli insan sonuca baxan və niticəni fikirləşən şəxsiyyət olaraq çətinliyə dözməyi yaxşı sonucla olmasını başa salan. Və müvəqqəti şirinliyi sonucu ziyanla olanı aydınladan şəxsiyyətdir.
3-Kasıblarla get-gəl etmək. İnsan kasıblarla əlaqədə olanda çoxlu faydalar əldə edə bilər.. Həm xeyir əməl sahibi ola bilər, həm də haram əməllərdən uzaq qala bilər. Kasıblarla əlaqədə olmayan şəxs dini inancları əsasında vəzifələrini düzgün yerinə yetirə bilməz. kasıblarla əlaqədə olmayan şəxs daxili xəyallara qapılar. Amma kasıblarla əlaqədə olmağın xeyirləri barədə bir imkanı olan şəxsin kasıblarla əlaqədə olması və onlara köməyi ilahi hədiyyələrə gətirib çıxaran amil hesab olunur.
Nəticədə üçü dəstə insanlar: Alimlər, hikmətli şəxsiyyətlər və kasıblarla get-gəl etmək xeyir qazandıran və xeyir əldə edilən get-gəl hesab olunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter