Ailə səadətinin davamlılığı üçün nə lazımdır?


Hətta əgər ailə həyatınız boyu ancaq xoş xatirələr vardırsa, bu xatirələri təzələməyə ehtiyac vardır. Bir dəfə və bir an yox, davamlı olaraq. Məsələn, səhər yeməyini həyat yoldaşınızla birlikdə yeyə bilərsiniz, həftə sonlarında birlikdə şəhərdən kənara və ya dəniz kənarına gedib, baş-başa söhbət edə bilərsiniz. O zaman ki, həyat yoldaşınızla söhbət edirsiniz, ürəklə və canla ona qulaq asın. Bütün diqqətiniz onda olsun. Mühüm deyil ki, nə demək istəyir. Hisslərindən danışmaq istəyir, ya xatirələrindən danışmaq istəyir - fərqi yoxdur. İmkan verin ki, bu zaman ancaq ona aid olsun. Sizin yanınızda ona qulaq asıb, dəyər verdiyinizi hiss etsin. Həyat yoldaşınız bu yolla hiss edəcəkdir ki, siz ona hələ də əvvəlki kimi məhəbbət bəsləyirsiniz. Söhbət edən zaman yerinizdən qalxmayın. O, təkcə qulaq asmağınızı istəmir, o, istəyir ki, bir neçə dəqiqə ancaq ona aid olasınız. (Əhli-beyt (ə) saytına istinadən)
Onu ancaq qəlbinizdə istəməyiniz kifayət deyildir, bunu əməldə də göstərməlisiniz. O zaman ki, mağazanın yanından keçirsiniz, çalışın kiçik də olsa, bir hədiyyə alasanız. Lazım deyildir ki, aldığınız bu hədiyyə baha olsun. Kiçik olmağına baxmayaraq, bu yolla həyat yoldaşınızı necə sevdiyinizi bildirərsiniz. Çalışın onun nəyə ehtiyacı olduğunu bilib, özünüz əldə etməyə cəhd edəsiniz. Ya da nəyisə arzulayır və əldə etməyə vaxtı yoxdursa, onu almağa çalışın. Bunun üçün bahalı bir şey almaq mühüm deyildir. Bahalı şeyləri xüsusi zamanlara ayırsanız, daha yaxşı olar.
Əgər həyat yoldaşınız bir həftə ağır işlə məşğul olubsa, çalışın ki, onun üçün istirahət edə biləcəyi bir mühit yaradasınız. O, işdən qayıdana qədər bir süfrə açın və mülayim və aram bir musiqi qoyun.
Maddi stress - ərlə arvad arasında olan ən yayılmış stressdir. Əgər həyat yoldaşınızı sakitləşdirmək istəyirsinizsə, bu məsələdə ən çox hisslərinizdən istifadə edin. Ona maddi təzyiq göstərməyin.
Çətinlikləri bi yerdə aşmağa çalışın. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter