Hal-hazırda behİşt və cəhənnəm mövcuddurmu?


Cavab: Əksər İslam alimlərinin fikirinə görə, hal-hazırda həm behişt, həm də cəhənnəm mövcuddur. Qurani-kərimin müxtəlif ayələrində bu fikir yetərincə aydın təsdiqlənir. «Tövbə» surəsinin 89-cu ayəsində buyurulur: «Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır».
Başqa bir surədə oxuyuruq: «And olsun ki, başqa bir dəfə (Məhəmməd əleyhissəlam Cəbrail mələyi) əbədi behiştdə yerləşdiyi Sidrətül-Müntəhanın yanında görmüşdür» . Qeyd edək ki, bu ayələr Peyğəmbərin (s) merac səfərinə aiddir.
«Təkasur» surəsində isə belə buyurulur: «Əgər elmül-yəqinə malik olsaydınız, mütləq cəhənnəmi müşahidə edərdiniz» .
Behişt və cəhənnəmin hal-hazırda mövcudluğunu təsdiq edən mötəbər hədislər kifayət qədərdir. Bu hədislər arasında Merac hədisləri xüsusi yer tutur. Mövcudluğuna dəlillər gətirdiyimiz, bir zaman Adəmin olduğu behişt deyildir. Bu günki behişt və cəhənnəm, insanların xeyir və şər əməllərindən asılı olaraq genişlənməkdədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter