Layiqlilərin və salehlərin sahib olduğu 3 cəhət hasılardır?
Müsbət səylər və çalışmalar iman, iradə və ixtiyar nəticəsində insanın zahirindən və batinindən zühur edər. Həqiqətən insan mükafatına və lazımlı meyvəsinə çatar. Dünya və axirətdə varlıq aləminin nizamı bu həqiqət üzərində qurulmuşdur. Qurani-Kərimdə buyurulur ki, hətta xurma çərdəyinin nazik teli qədər bu dünyada səhv yoxdur. Ona görə demək olar ki, kəramətli və Allaha bağlı olan bir insan yaxşı iş görərsə, onun nəticəsini və ya məhsulunu görməməyi qeyri-mümkündür. Bəzən bu işlərin məhsulunu ya bu dünyada görər, ya da axirətdə.
Əgər biz müsbət iş görmüşüksə və əgər dünyada onun məhsulunu görməmişiksə, mənası bu deyildir ki, zəhmətimiz hədər getmişdir. Bu işlərin əcri o qədər böyükdür ki, dünyaya sığmır. Ancaq əgər dünyaya sığırsa, insan bu mükafata dünyada çatacaqdır. Allah Təala həm yaxşı işlərin mükafatını verir və həm də yaxşı işi meyvəyə çevirir. Allah “Tövbə” və “Ali-İmran” surələrində bu işlərin nəticəsini behiştdə və rizvanda görəcəyimizə işarə edir. Rizvan - behiştin ən ali həqiqətidir ki, “Tövbə” surəsində belə buyurur: “Allah mömin kişilərə və möminə qadınlara altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər!”. (“Tövbə” 72).
Rizvan - yəni, behiştdən də üstün yer. Quran ayəsinin verdiyi vədəyə görə, rizvan gələcəkdə iman əhli üçün zühur edəcəkdir. Allah Təala Qurani-Kərimdə buyurur: “De: “Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyim kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər şeyə qadirsən””. (“Ali-İmran” 26).
Allah istədiyinə izzət verər və istədiyini də xar edər. Allah istədiyinə hakimiyyət verər və istədiyindən də alar. Allah bu izzəti zalıma verirmi? Əgər zalım bu izzəti zülmlə əldə edibsə, ondan bu izzət libasını alınar. Çünki zalım buna layiq deyildir. İzzət - peyğəmbərlərə (ə) məxsus bir xüsusiyyətdir. Onlar hər nə iş görürdülərsə, xeyir idi.
Bütün Məsumların (ə) – peyğəmbərlərin (ə) və İmamların (ə) gördüyü iş xeyir idi. Allah onlara hökumət, mülk, nübuvvət, İmamət və vilayət verdi. İmamların (ə) hökumətini əllərindən aldılar, ancaq buna baxmayaraq, İmam - İmamdır. Fərqi yoxdur ki, zahiri hökumət əllərində olur, yoxsa yox. İnsanlara seçim haqqı versələr də onların arxasınca gedərlər, verməsələr də.
Allah Təala buyurur ki, rəhmətini kimə istəyər, verər. Ancaq Allah kimi istəyir? Layiqliləri və salehləri. Bu insanlar kimdirlər? Onlar haqqında üç nöqtəni qeyd etmək lazımdır.
1. İbadət. Bu insanlar Allaha elə ibadət edərlər ki, Allahı qəlb gözü ilə görərlər. Allah Təalanın qarşısında “Allahu Əkbər” deyən zaman Onun dərgahından qaib olmazlar, Onunla ticarət etməzlər.
2. İnsanlara xidmət etmək. Onların başqa bir xüsusiyyəti insanlara ehsan və yaxşılıq etməkdir. Musanın (ə) qövmu Qaruna deyirlər: “Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz”.
3. Əməldə diqqət. Özünə aid əməlləri yaxşı yerinə yetir. Yəni əgər namaz qılırsan, ya orucsan - kamil şəkildə yerinə yetir. Əgər başqalarına yaxşılıq edirsənsə minnətsiz et və gizli et.
Bütün bunlar saleh əməli olanların xüsusiyyətidir. İnsan yaxşı əməlləri ilə həm bu dünyada və həm də axirətdə Allahı sevindirər və Onun rizasını qazanar. İnsan da gec, tez bu əməllərin əcrinə çatar. /Deyerler.org/