Ağıllı insan hansı 3 iş üçün addım atmalıdır?


Bəzi vaxtlar özümüzü o qədər süst hesab edirik ki, addım belə atmaq istəmirik. Gündüzlər gecə olur, gecələri gündüz olur. Deyirik ki, sabah mütləq hansısa işi görməyə başlayacağam. Ancaq sabah, olur, iki gün keçir, üç gün keçir, hələ də həmin işi görmürük. Ancaq bilmirik ki, bu gün həmin gündür ki, dünən onun arzusunda idik. (Erfan)
Bəs bu süstlüyün səbəbi nədir? Psixoloqların dediyinə görə əgər insan hər səhər yuxudan enerji dolu və həvəslə yerindən qalxmırsa, ona görədir ki, həyatında bir hədəf yoxdur. Bu hədəfsizlik ömrünüzün qızıl fürsətlərinə mane olur və ömrünüzü hədər edir.
İmam Əli (ə) buyurur: “Bilikli insan o kəsdir ki, bütün batil və hədəfsiz işləri kənara qoyar”. İnsan elə bir varlıqdır ki. gərək həmişə hədəfi olsun. Çünki o, varlıq aləminin bir hissəsidir və varlıq aləminin özünün hədəfi vardır. Allah dünyanı və insanı xəql etmişdir. Onun müqəddəs hədəfi vardır. Bu aləmdə heç bir şey hədəfsiz və mənasız deyildir. İnsanın iradəsi vardır və seçmək haqqına malikdir. Yüksək əqli keyfiyyətə malikdir. Ona görə də bu varlıq heç vaxt hədəfsiz yaşamamalıdır. Onun işləri heç vaxt hədəfsiz olmamalıdır. Aqil insan həmişə hədəfi olan işlərin qulpundan yapışar. İnsanın ağlı hər nə qədər çox olarsa, daha çox müqəddəs və kamil hədəflərin arxasınca gedər. Mənasız və boş işlərdən çəkinər. Boş işlər dedikdə yəni insanın başını qatan oyunlar və yersiz işlər nəzərdə tutulur. İnsanı hədfəsizliyə tərəf çəkər.
Quran və Məsumlar (ə) bu cür işlərdən uzaq olmağı tövsiyə etmişdir. İmam Əli (ə) də kəlamlarında bu mövzuya toxunaraq, buyurmuşdur: “O kəs ki, yersiz və hədəfsiz işlərlə məşğul olar, ağlı azdır”.
Bəzi insanlar boşluq və şəxsiyyətsizlik dalğasında fırlanırlar. Onlar öz şəxsiyyətlərini burada itiriblər. Onların hədəfləri saç düzümünün dəyişdirilməsi, rənglənməsi, paltar, yeyəcəklər və sairdir. Bu cür insanlar heç vaxt məqsədlərinə çatmırlar. Çünki hədəfləri boş bir şeylərdir və onları ancaq öz ətrafında fırlandırır və bir yerə çatmağa imkan vermir.
Ağıllı insan bu 3 iş üçün addım atmalıdır: Məadını islah edən işlər, dolanışığının təmin edilməsi, halal ləzzətlər və gəzinti üçün çalışması.
İnsan düzgün hədəf seçmək üçün yersiz və boş işlərdən əl çəkməlidir.
Cavanların fəsadla məşğul olması, boş vaxt keçirməsi – şeytanın hədəfidir. Cavanlar gərək bu düşmənin hədəfini buraxıb, Allahın insanın ixtiyarına qoyduğu hədəflərə üz tutasınız. Əgər sadiqcəsinə və təqsirkar axtarmadan həyatımıza bir baxsaq və keçmişimizə nəzər salsaq, həyatımızı sahmana salıb-salmadığımızı görərik. Baxaq görək ki, dərs oxumaq vaxtı yatmışıq və ya gəzməyə getmişik, yoxsa kitab arxasında çalışımışıq? Bu gün baxıb görürsən ki, nə ailə qurmusan, nə də işləmək üçün bir sənətin və ya bacarığın vardır. Niyə, çünki hədəfin boş hədəflər olub, Allahın səndən istədiyi hədəf olmamışdır. Halbuki sinif yoldaşına baxanda görürsən ki, ali məktəbi qurtarıb, ailə qurub, cəmiyyətə fayda verən bir insana çevrilmişdir.
Əgər bizim həyatımızda hədəfimiz olarsa, bütün gücümüzlə ona çatmağa çalışacağıq. Əhəmiyyətsiz işlərdən çəkinəcək və işlərimizi sahmana və nizama salacağıq. Bu zaman heç gözləmədən tez bir zamanda hədəfimizə çata biləcəyik. Ona görə də hər nə yaşda olursunuzsa-olun, həyatınızın hər nə şəraitində olursunuzsa-olun, xəyallarınızı kənara qoyun və həqiqi həyata qayıdın. Allaha təvəkkül edərək, daha yaxşı sabah üçün səy edin və çalışın və hədəfinizə çatmadan dayanmayın, inşəallah. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter