Kövsər hövuzu nədir və möminlərin ondan içib doyması nə deməkdir?
Axirətə inanan hər bir müsəlmana o biri dünyada suallar veriləcəkdir. Kövsər hovuzu də bu suallardan biri olacaqdır. Bəs Kövsər hovuzu deyiləndə nə nəzərdə tutulur və möminlər hansı sudan içib doyacaqlar?
Axirət aləmində bizim üçün adı çəkilən nemətlərdən biri də Kövsər hovuzudur. Bu nemətlər Allahın böyük hədiyyəsidir ki, hədislərdə hovuz adı ilə rast gəlinir. Bu hovuz Qiyamətə aid bir hovuzdur, behişt və cəhənnəm mərhələsindən əvvəl olur. Ona görə də behişt nemətlərinin sırasında adı çəkilir. Bu kəlməyə “Səqəleyn” hədisində də rast gəlmək olur. Həzrət Peyğəmbər (s) bu hədisdə buyurur: “Quran və mənim nəslim mənimlə hovuzun kənarında görünəşə qədər bir-birindən ayrı olmayacaqdır”.
Həzrət Zəhra (s.ə) atasına buyurur: “Atacan! Sizi harada tapa bilərəm?” Buyurur: “Qızım, hovuzun yanındayam”.
Həmin hovuzun kənarında Peyğəmbərlə (s) görüşəcək ilk insan - İmam Əli (ə) olacaqdır. Hədislərin birində İmam Əli (ə) buyurur: “Mən Kövsər hövuzunun sahibiyəm”.
Hovuz kəlməsi Peyğəmbərin (s) dilində çox səslənmişdir. Həzrət (s) buyurardı:“Allah hovuz ilə məni başqa peyğəmbərlərdən üstün etmişdir”.
Kövsər hovuzunun ölçüsü haqqında gələn hədislərdə görmək olur ki, onun uzunluğu Bəsrədən Sənaya qədərdir. Əllamə Məclisi buyurur: “Bizim hovuz haqqındakı etiqadımız budur ki, o, haqdır. Bu hovuz Peyğəmbərin (s) hovuzu kimi məşhurdur. Bu suyun saqisi yəni su verəni Əmirəl-möminindir (ə). O, öz dostlarına bu sudan verər. Hər kim ondan içsə, susuzluq hiss etməyəcəkdir”.
Hədislərdə deyilir ki, günahkarlar atəşdən xaric olandan sonra üzləri qara olacaqdır. Onlar Kövsər suyunda yuyunaraq, ağaracaqlar. Sonra behiştə daxil olacaqlar.
Qiyamət günü Kövsər hovuzu adlı bir yer həqiqətən mövcud olacaqdır. Əhli-beyt (ə) davamçıları ondan içəcəklər. Əlbəttə şəkk yoxdur ki, Kövsər hovuzundan içməyin həm də mənəvi təsiri vardır. Möminlər behiştə daxil olmamışdan qabaq ondan içəcəklər. Allah bizləri də o sudan içənlərdən qərar versin. deyerler/org