Nİyyət yoxsa əməl?
Cavab: Yuxarıda qeyd olunan hədis İslamın məşhur hədislərindəndir. Bu hədisi həm sünni, həm də şiə alimləri nəql etmişlər.
Uyğun hədis ayrı-ayrı alimlər tərəfindən müxtəlif cür təfsir olunmuşdur. Biz bu təfsirlər içində daha münasib saydığımız təfsiri nəzərinizə çatdırırıq:
Möminin niyyəti və himməti onun əməlindən daim üstündür. Mömin şəxs nəzərdə tutduğu xeyir əməlin onda bir hissəsini görmüş olsa da, xeyir niyyətinə görə böyük mükafatla mükafatlandırılır.
Əksinə, kafir şəxs Allaha inanmadığından və əməlinin cəzasından qorxmadığından onun vücudu çirkin fikirlər ocağıdır. O daim hansısa pis bir iş görmək haqqında düşünür. Hansısa maneələrə görə həmin çirkin niyyətlərini həyata keçirə bilməsə də, onun niyyəti çirkinliyində qalır. Ona görə də həzrət buyurur ki, kafirin niyyəti onun əməlindən də pisdir. Haqqında danışdığımız hədis imam Baqir (ə) tərəfindən nəql olunmuşdur.