Valideyn övladına namazı necə öyrətməlidir?


nsan həyatı o zaman pak və kamil olur ki, qəlbində Allahı yada salır və onun köməyi ilə həyatın bütün fəsadları və cazibəsi ilə mübarizə aparır. Zahiri və daxili şeytanların əlini kəsir. Həqiqətdə namaz möhkəm dayaq və şeytanla mübarizədə İlahi köməkçidir. İnsanlar onun vasitəsilə Allahla rabitələrini möhkəmləndirirlər. (Həvzəh)
Ona görə də həyatın bu çətinliklərinə davam gətirmək və əxlaqi fəsədlardan uzaq olmaq üçün ailə üzvləriniz, xüsusilə də övladlarınızın bu İlahi feyzdən bəhrələnməsi üçün çalışın. Övladlar - bizim üçün İlahi əmanətdirlər. Onların qəlbi uşaqlıqda və yeniyetmə zamanı pak və safdır. Onlar hər bir fikri qəbul edib, ona inanırlar. Ona görə də hələ uşaq yaşlarından onları namaza tərəf meylli edək. Şeytanın əl-qolunu bu yolla bağlayaq.
İmam Səccad (ə) buyurur: “Övladın sənin üzərindəki haqqı odur ki, onun bu dünyadakı yaxşı və pis işləri səninlə əlaqədardır. Ona başçılıq etməkdə məsuliyyət daşıyırsan. Onun tərbiyəsinə görə məsuliyyət daşıyırsan. Onu Böyük Allaha tərəf hidayət et. Namazdan gözəl hansı əməl övladlarımızı Allaha tərəf hidayət edə bilər? Onların qəlbini şeytan oğurlamamışdan qabaq Allahın ixtiyarına verər”.
Valideynlər övladları üçün ən təsirli amillərdir. Çünki çox vaxtı onların yanında olur və onların tərbiyəsi nəticəsində şəxsiyyətə çevrilirlər. Ona görə də övladlar valideynlərin əməlindən təsirlənirlər. Əgər valideyn namaz qılan deyilsə, övladdan da buna əməl etməsini gözləmək olmur.
Ancaq əgər valideyn namaz qılırsa, bunun özü övlad üçün tərbiyə metodudur. Yəni əgər valideyn namaz qılırsa və ona böyük əhəmiyyət verirsə, övladları da bu yolu tutacaqlar.
Övladlarınızı necə görmək istəyirsinizsə, özünüz də o cür olun. Övladın namaza təşviq edilməsi üçün valideyn həm də bir neçə metoddan istifadə edə bilər. Onlardan biri də uşaqlarda bu iş üçün stimul yaratmaqdır. Belə ki, valideyn bu metod vasitəsilə övladlarını bu işə təşviq edir, onlara hədiyyə alır və həvəsləndirici təkliflər verir. O zaman ki, körpəmiz üzünü möhürə qoyur, səcdənin düzgün formasını ona öyrətmək yerinə onun bu əməlini tərifləyin. Bu tərif özü səbəb olacaqdır ki, uşaq həmin əməli dəfələrlə təkrar etsin.
Uşaq əgər namazın və ya Allahın adını dilinə gətirirsə, onu tərifləmək lazımdır. Uşaq böyüdükcə onu həvəsləndirmək üçün ona namaz paltarı, səccadə, möhür almaq olar ki, bu işə daha çox can yandırsın.
Cəm halında namaz qılmaq metodu da uşağın namaz qılmaq istəyinə təsir edən amillərdəndir. Ata və ana öz vacibatlarını daha yaxşı yerinə yetirmək üçün bir yerdə namaz qılmaqları daha çox savaba və təsirə malikdir. Bu zaman namaza səhlənkarlıq azalar. Ailə üzvləri bir yerdə namaz qılan zaman uşaqlar da bu əməli təkrar etməyə çalışacaqlar. Bu zaman həm ailə üzvləri arasındakı məhəbbət bağları artacaq və həm də ailənin təməli daha möhkəm olacaqdır.
Namaza təşviq edən zaman xoşagəlməz rəftarlardan çəkinmək lazımdır.
Valideyn uşağını namaz qılmağa həvəsləndirən zaman xoşagəlməz rəftarlardan çəkinməlidir. Belə ki, kobudluq etməməlidir. Çünki bu zaman uşağın zehnində namaz haqqında ancaq acı xatirələr qalar.
Valideyn gərək bu əməllərdən çəkinsin:
- Uşağa zor tətbiq etmək və onu bu yolla namaz qılmağa məcbur etmək.
- Uşağın istirahət saatında məsələn: oyun, filmə baxan zaman namaz qılmağa məcbur etmək.
- Öz övladlarını başqalarının namaz qılan övladları ilə müqayisə etmək.
- Təzə tənbih olmuş uşağı namaza dəvət etmək.
- Uşağı namazın vaxtını izləməsi ilə yormaq.
Əgər valideynlər bunlara əməl etməsələr, uşaqların ruhiyyəsində çox acı izlər qoya bilərlər.
Övladlarımla danışaraq, namaza həvəsləndirə bilərik. Belə ki, valideyn övladlarını adətən bilvasitə tərbiyə edir. Yəni öz rəftarı ilə. Ancaq bəzən uşaq bu yolla tərbiyə oluna bilmir. Bu zaman valideyn açıq, aydın və məntiqli dəlillərlə uşağını namaza həvəsləndirməlidir. Çünki uşaqlar məntiqli sözlər qarşısında təslim olur və ona əməl etməyə çalışırlar.
Gəlin, yuxarıda saydığımız bu yollarla uşaqlarımızı namaz qılmağa həvəsləndirək və onların saleh əməl sahibi olması üçün addım ataq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter