Qonaqlıqda cənabət olan şəxs qüsl etməyə xəcalətli olduğundan, qüslü təyəmmümlə əvəz edə bilərmi?


Əgər bir şəxs qonaqlıqda iştirak edə, orada bir müddət qala və qaldığı zamanda cənabət qüslu öhdəsinə vacib ola gərək ki, ibadətlərinə görə qüsl etsin. Əgər bir şəxs deyə ki, ev sahibindən xəcalətinə görə istəyir ibadətlərini qüsl əvəzinə təyəmmüm etsin, şəriət baxımından bu üzr qəbul deyildir. Əgər şəraitin uyğun olmaması əqli cəhətdən 7 yerdən (o yerlərdə ki, təyəmmüm qüsl və dəstəmaz əvəzinə gərəkir) biri olarsa təyəmmüm etmək qüsl əvəsinə vacibdir, hesab olunsa onda təyəmmü etməsi mümkündür. Xülasə: Fiqh alimləri xəcalət üzündən qüsl almamağa icazə vermirlər.
İmamın istiftaatı, cild, 1, səh: 236 təyəmmüm bəhsi, Xamenei, Suallara cavab kitabından, səh: 215, Məsələlərin cəmi kitabından, Fazil Lənkərani, cild: 2, səh: 184 və eləcə başqa müctəhidlərin suallar cavab mərkəzləri bu sualı eyni cavabla, cavablandırmışlar.

Seyyid Müctəba Hüseynin şagirdlər üçün əhkam kitabından tərcümə edilmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter