Quran baxışında bərəkətli yaşayışı əldə etmək üçün nələr etmək lazımdır?
Hər bir insan istər ki, həyatı genişlikdə olsun. və maddi sıxınlatlar dolu həyatdan uzaq olsun. İlahi təlimlərə əsasən və xüsusən də Quranın və Əhli_Beytin (ə) təlimlərinə əsasən maddi prablemlərdən və mənəvi sıxıntılardan uzaq qalmaq üçün bir neçə amillər qeyd edilmişdir. Bir neçəsinə işarə edirik:
1. Allahı zikr edib Quran oxumaq: İmam Sadiqdən (ə) \"Üsul-Kafi\" kitabında belə rəvayət olunmuşdur: \"Hər bir ev ki, onda Quran tilavət oluna və Zikr anıla (o evin bərəkəri artar\". Cild: 2, səh: 498
2-İşləri başlayanda Allahın adını çəkmək: \"Mübarək et Allahın adı ilə\". Ər-Rəhman/78.
3-Ata-ananın xeyir duası. Səfinətül-Bihar.
4-Qohumlarla əlaqəni yaratmaq ömrün bərəkətli olmasına səbəb olar. Bihar əl-Ənvar. cild: 71, səh: 100.
5-Təqva və iman sahibi olmaq. Əraf surəsi ayə/96: Hər bir cəmiyyət ki, iman gətirə və təqva sahibi ola göylərin və yerlərin bərəkətinin yolunu açarıq.
6- Ədalətli olmaq. İmam Əli (ə) buyurur: \"Ədalət bərəkəti artırar\". Qərərül-hikəm, səh: 446.
7-Vəhdətli yaşamaq və təfirqə yaradan yollardan əl çəkmək. Peyğəmbər (s) buyurur: \"Birlikdə yemək yeyin və təfriqəyə üz tutmayın çünki bərəkət cəmlikdə olmaqla əldə olunar (yeməyini cəmiyyətlə birlikdə yeyin - başqlarını unutmayın\". Bihar, cild: 63, səh: 349.
Qeyd edək ki, necə ki, pis əməllər ziyan yetirəndir xeyirli əməllər edək ki, Allah da yaşayışda bərəkət verməklə xeyir nail etsin. bu qeyd olunan xeyir əməllərdən başqa əməllər də var ki, insan həyatında bərəkət yaradar.