Dinimizin nəzərində ən üstün xeyir nədir?


Bəzən başqalarına yaxşılıq edən zaman bizə belə dua edərlər: “Allah xeyrini versin”. Bəs bu xeyir nədir? Xeyir kəlməsi müxtəlif insanların nəzərində müxtəlif mənalara malikdir. Ola bilsin ki, bəziləri xeyri xoş güzəranlıqda, bəziləri övladda və bəziləri də sağlamlıqda görürlər. (Tebyan)
Mühüm olan budur ki, xeyir İslam dinində necə mənalandırılır. İmamların (ə) bu haqda mübarək nəzərləri nədir? İmam Əli (ə) xeyri “Nəhcul-bəlağə”də belə şərh etmişdir: “İmamdan soruşrular ki, xeyir nədir? Cavab verir: “Xeyir bu deyildir ki, malın və övladın çox olsun. Bəlkə xeyir odur ki, elm və biliyin çox olsun”.
İmam Əli (ə) xeyri elmdə görürdü. Quran ayələrində xeyir haqqında belə oxuyuruq: “Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır”. (“Bəqərə” 180).
“Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə nail olmalarına tələsirik? (Xeyir,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq)”. (“Muminun” 55-56).
“Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir”. (“Adiyat” 8).
İmam Əlinin (ə) sözlərinə nəzər salanda görmək olur ki, mal və övlada düşkünlük tənqid edilmişdir. Ancaq bu əgər maddi və mənfəət üçün olarsa, belədir. Əgər mənəvi baxışdan baxılarsa, yəni həm mal və həm də övlad Allah Təalaya xidmət üçün istənilərsə, bu zaman xeyir olar.
Xeyir və onun növləri.
Bəs əgər mal və övlad xeyirdirsə, əziz İmam (ə) niyə onların xeyir olduğunu inkar edir? Bu sualın cavabını xeyrin növlərində axtarmaq lazımdır.
Xeyir iki cür olur: ümumi və xüsusi. Xeyir bəzən ümumi mənada işlənilir. Yəni bu xeyirdə heç bir şər yoxdur.
Xeyir bəzən xüsusi mənada işlədilir, yəni bu xeyir hamı üçün və hər bir halda xeyir deyildir.
Əziz İmamın (ə) sözlərindəki xeyir - ümumi xeyrin inkarıdır. Xüsusi xeyir isə elm və biliyi artırmaqdır, nəinki mal və övladı. Ona görə də mal və övlad xüsusi xeyir sinfinə aiddir. Əlbəttə, elm də əgər Haqq yolundan ayrılarsa, bu zaman təhrif oluna bilər. Bəhrani bu hikmət haqqında belə deyir: “Xeyir - ümumi ürfdə malın çoxluğu və dünya ləzzətlərinin fəravanlığıdır. Allah yolunun yolçularının dilində isə axirət xoşbəxtliyi və səadətidir. Həmin səadətə çatmaq üçün kamil nəfsdir. Bəziləri ümumi xeyri belə təfsir etmişdilər”.

Elm – xeyir mənbəyidir.
İmamlardan (ə) gələn hədislərdə elmin əhəmiyyətini hiss etmək olur. Sanki o kəs ki, elmli deyildir və elm dalınca getmir, səadət tapa bilməz. İmam Sadiq (ə) bu haqda belə buyurur: “O kəs ki, elmdən məhrumdur, onu səadətli hesab etmək layiqli deyildir”.
Beşinci İmamımız Həzrət Muhəmməd Baqir (ə) Peyğəmbərdən (s) nəql edir: “Təlim və bilik öyrənməkdən başqa yerdə xeyir yoxdur”.
Allahın gözəl adlarına elm əldə etmək nəticəsində insan ruhani hala malik olar. Yəqin elm nəticəsində mənəvi məqam yaranar. İnsan elm vasitəsilə ruhaniyyət və insaniyyətini inkişaf etdirər. İmam (ə) belə buyurur: “O zaman ki, Allah bəndəsinin xeyrini istəyər, onu dində alim edər”.
Ona görə də ən üstün xeyir - elmdir. İnsan elm vasitəsilə özünü tanıya bilər. Sonra Allahı tanıyar və dünya və axirət səadətini təmin edər. Beləliklə, elm - xeyir mənbəyidir. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter