Ay təqvİmİndəkİ (qəmərİ) aylar nə üçün bİr-bİrİndən fərqlİdİr?


Sual: Bilirik ki, yer günəşin, ay isə yerin ətrafında fırlanır. Nə üçün ay təqviminin bəzi ayları iyirmi doqquz, bəzi ayları isə otuz gündür?

Cavab: Ay yer ətrafında iyirmi doqquz gün, on iki saat, qırx dörd dəqiqə və üç saniyə ərzində dövr edir. Yəni, ayın yer ətrafında dövr müddəti otuz gündən azdır. Ona görə də bəzi aylar iyirmi doqquz, bəzi aylar isə otuz gün götürülmüşdür. Bir növ iyirmi doqquz gündən artıq qalan hissə, yəni on iki saat qırx dörd dəqiqə və üç saniyə müəyən günlər arasında bölünmüşdür. Ona görə də qəməri təqvimdə bəzi aylar otuz gün davam edir.

İKİ QƏMƏRİ AY ARDICIL ŞƏKİLDƏ OTUZ GÜN OLA BİLƏRMİ?

Sual: Əvvəlki sualdan məlum oldu ki, qəməri təqvimi bir ay iyirmi doqquz, o biri ay isə otuz gün olur. Belə bir sual yaranır ki, ardıcıl olaraq iki ay hərəsi iyirmi doqquz gün çəkə bilərmi? Çünki bir aydan artıq qalan müddət daim növbəti aya artırıldığından növbəti ay otuz gün olmalıdır. Hansı ki, bəzən iki ay ardıcıl olaraq iyirmi doqquz gün çəkir. Bundan əlavə, əgər iki qəməri ay ardıcıl otuz gün çəkərsə, üçüncü ay otuz gün ola bilməz. Din kitablarında bildirilir ki, ramazan ayının təyinində başqa yollarla bu işi görmək olmursa, həmin ay otuz gün hesablanmalıdır. Belə bir hesabat düzgündürmü?

Cavab: Bilirik ki, hər bir qəməri ay ayın yer ətrafında bir dövrəsindən yaranır. Astrоnomlar hər bir günü tam saatla bildirməyə məcburdurlar. Tarix qeyd olunarkən bir gündə baş vermiş hadisəni bir ayın sonu, gələn ayın əvvəli üçün qeyd etmək olmaz. Buna görə də qəməri ayın günləri ya iyirmi doqquz, ya da otuz gün hesablanmalıdır. Astrоnomlar iki növ qəməri ay müəyyənləşdirmişlər: 1. Hesabi ay; 2. Hilali ay.
Qəməri ay iyirmi doqquz gündən on iki saat qırx dörd dəqiqə və üç saniyə artıq olduğundan ilin ilk ayı olan məhərrəm ayını otuz gün götürürlər. Eləcə üçüncü, beşinci, yeddinci, doqquzuncu və on birinci aylar da otuz gün hesablanır. Cüt aylar isə iyirmi doqquz gün müəyyənləşdirilmişdir. Bu sayaq aylar hesabi aylar adlanır.
Belə bir təqvimdə heç vaxt iki ay ardıcıl otuz gün və ya iyirmi doqquz gün olmur. Hilali ay isə ayın gözlə görünməsi ilə təyin olunur. İslam hökmləri də məhz bu təqvim üzrə yerinə yetirilir. Sual oluna bilər ki, fəqihlər nə üçün hesabi ayı mötəbər saymırlar?
Rəvayətlərdə buyurulur: “Ayın görünməsi ilə oruc tutun və ayın görünməsi ilə iftar edin.” Hilali ayda ay ayın görünməsi ilə başlayır və gözdən itməsi ilə başa çatır. Hilali aylar gün sayı ilə hesablanmır.
Belə də ola bilər ki, dörd ay ardıcıl otuz gün, üç ay ardıcıl iyirmi doqquz gün olsun. Bu fərq ayın bəzi mövqeləri ilə bağlı yaranır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter