ÇƏTİNLİKLƏRƏ QALİB GƏLMƏK ÜÇÜN HANSI YOLLAR TÖVSİYƏ EDİLİR?


İnsan çətinliyə düşən zaman üç halda qalib çıxa bilər: çətinliklərə səbir edər, qəlb səhifəsini günahdan təmizləyər və qəlbini Allahı yada salaraq bəzəyər. Bu üç yol insanı kamala çatdırar. Allah Təala “Ğafir” surəsində elə buyurur:“Buna görə də səbir et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!”. (“Ğafir” 55).
Bütün peyğəmbərlərin (ə) və müsəlmanların qələbələri bu səbirin sayəsində nəsib olmuşdur. Bu gün də bu qədər düşməniz ola-ola səbir etmədən onlara qalib gələ bilmərik. Allah Təala ikinci addımda buyurur ki, tövbə və istiğfar et. Bu, təbiidir ki, Peyğəmbər (s) ismət və məsumluğuna görə günah işlətməz. Quranda belə ayələr vardır ki, bəzi şeylər Peyğəmbər (s) üçün günah hesab edilirsə, yəni nisbi günahdırsa, adi insanlar üçün isə ibadət hesab edilmişdir. Peyğəmbərlər (ə) üçün kiçik bir qəflətin belə sözü ola bilməz. Məqamlarının aliliyinə və mərifətlərinin dərinliyinə görə onlar bu cür şeylərdən uzaq olmalıdırlar. Nə zaman etsələr, o dəqiqə istiğfar edərlər.
Bəziləri deyirlər ki, bu ayədəki istiğfar adi insanlara aiddir. Ya da başqalarının Həzrət Peyğəmbərə (s) qarşı etdikləri günahdır.
Ayənin sonunda Allah Təala bizə bir əmr edir və buyurur ki, gecə və gündüz Məni pak sifətlərlə mədh edin. Yəni, hələ gün çıxmamışdan ki, insan sübh namazını qılır, Allahı həmd və təsbih etmək üçün xüsusi hazırlıq əldə edir və günəş batanda da o cür. Yəni, ya gündəlik işlərinə hələ başlamışdır və ya onu sona çatdırmışdır.
Bəziləri bu həmdin gün ərzində qıldığımız beş namaza aid olduğunu söyləyirlər. Namaz ancaq onu bir parçası ola bilər.
Hər halda bu üç göstəriş vasitəsilə Allah bizə hidayət yolunu nişan vermiş və bizim bu üç yolla özümüzü islah edə biləcəyimizi vurğulamışdır. İnsan, həyatdakı böyük hədəfi olan İlahi lütfə çatmaq üçün bu üç yolu gözəl şəkildə keçməlidir.
İnsan müsibətlərə və çətinliklərə səbir edərək, mətanətli olar və nəfsi güvvətlənər. Günahlarını dərk edərək, Allaha qayıdar və istiğfar istəyər. Nəhayət ki, Allahı gözəl sifətlərlə mədh edərək, qəlbini bəzəyər. Xaliqi həmd etməklə bəndə öz üzərinə də bir sayə salar, bu sayə onu hər bir eyb və nöqsandan qoruyar və kamal sifətlərə bürüyər. (Tebyan) Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter