Telepatİya, cİnlərİ çağırmaq və bu kİmİ əməllər onu edənİn haqlı olduğunu İsbat edİrmİ?


Bu gün bəzi təlimlərin və məktəblərin insanları ruhi qüdrət sahibi kimi elə hərəkətlər yerinə yetirirlər ki, başqaları onu görməkdə acizdirlər. Din rəhbərlərinin bu qəribə qabiliyyəti həmin dinə çox sayda insanı cəlb edir. Bu əməllər şamanlara, ariflərə, yoqalara, sehirbazlara nisbət verilir. Bəziləri bu qabiliyyətlərə çatmağı kamal hesab edir və ona görə də bu qeyri-adi əməlləri görməyi mənəvi kamal hesab edirlər. Gərək bu qabiliyyətləri təhlil edib, mənəviyyatda olan payını aydınlaşdıraq.
Bunu qeyd etmək laızmdır ki, telepatiya, cinləri çağırmaq və bu kimi əməllər onu görənin haqlı olduğunu isbat etmir. Heç kim bu cür əməllər görərək, mürşidə çevrilməz. Nə də iddiaları başqaları üçün dini və əxlaqı zərurət icad etməz.
İnsan çətin hərəkətlər edərək, öz ruhunun və nəfsinin qeyri-adi tərəflərini aça bilər. Allah Təala hər bir insana bu qüdrəti vermişir. Onu yerinə yetirmək isə insan nəfsinin sifətlərindəndir ki, insanların iman və təqvası ilə birbaşa əlaqədar deyildir. Din deyir ki, kafir cinlərlə rabitə qurmaq həmin şəxsin dini təhqir etməsi deməkdir.
Ona görə də mərifət əhlinin mükaşifəsini iki dəstəyə bölürlər: rəhmani və şeytani. Yəni, mükaşifə amili mələk də ola bilər, şeytan da. Bu ikisini bir-birindən ayırmaq üçün bizə Quran və hədislər yardım edir. Yəni, mükaşifə zamanı əldə olunanlar əgər Quran və Məsumların (ə) göstərişi ilə uyğun gələrsə, deməli Rəbbani mükaşifədir. Əks halda şeytanidir.
Bəs həqiqi ariflərin qeyri-adi əməl sahibləri ilə fərqi nədir?
Cavabını bir təmsilə bənzədərək demək olar ki, əgər insan uzaq bir yerdə su tapmaq üçün yeri qazarsa, çoxlu səydən sonra bir neçə qızıl taparsa, baxmayaarq ki, qızıl dəyərlidir, ancaq unutmamalıdır ki, su dalınca gəlmişdir. Qızıl pul insanın susuzluğunu yatızdırmaz. Ancaq əgər qazmaqdan əl çəkərsə, ola bilsin ki, susuzluqdan tələf olsun. Əgər quyunu qazmağa davam edərsə, həm suya çatar, həm də qızıla.
Din alimləri buyurur ki, Övliyalar üçün bu qüdrətlərə çatmaq elə bir yoldur ki, Allah məsləhət olan zaman dostuna əta edər. Bu qüdrətlər bəşərin susuzluğunu yatızdırmaz. Allah yolunun həqiqi yolçusunun hədəfi ruhunu ali səviyyəyə çatdırmaq, bəndəliyə çatmaq, Allahın Cəlal və Camal sifətlərini dərk etməkdir. Nəinki xüsusi qüdrətlərə çatmaqdır. Allahın həqiqi bəndəsi olmağın yolu dindədir. “Din - ən həqiqi yoldur”.
İbni Ərəbi deyir: “Hər kim şəriətdən uzaqlaşar, yeddinci səmaya getsə belə, həqiqətdən heç bir şeyi əldə etməyəcəkdir. Çünki, həqiqət şəriətin eynisidir. Cisim və ruh kimidir. Cismi əhkam, ruhu isə həqiqətdir”.
Əllamə Təbatəbai bu haqda buyurur: “Salikin (İlahi yolun yolçusunun) ali məqama çatandan sonra vəzifəsi Rəbbani feyzə çatmaqdır. Peyğəmbər (s) məxluqların şərəflisi və varlıqların ən kamili idi, həyatının axırına qədər İlahi əhkamlara tabe idi”.
Əbu Səyid Əbulxeyrə deyirlər ki, filankəs suyun üstündə gedir. Deyir: “Çox asandır, qurbağa da suyun üstündə gedə bilir”. Deyirlər ki, filankəs havada uçur. Deyir: “Milçək də havada uçur”. Deyirlər: “Filankəs bir anda bir şəhərdən başqasına gedə bilir”. Cavab verir: Şeytan da bir nəfəsdə şərqdən qərbə gedir. Bunların qiyməti yoxdur. Kişi odur ki, insanların içində yaşasın və onlara gedib-gəlsin, alış-veriş etsin. Evlənsin və başqaları ilə ünsiyyət qursun. Bir an belə Allah Təaladan qafil olmasın”.
İmam Sadiqin (ə) zamanında bir nəfər iddia edirdi ki, başqalarının gizlətdiyi şeyləri tapa bilir. Xəbər verirlər və insanlar əylənmək üçün onu imtahana çəkirlər. O, bu imtahandan yaxşı çıxır. İmam Sadiqə (ə) xəbər verirlər və Həzrət əlini yumruq edib həmin kişidən soruşur: “Mənim əlimdə nə var? O, bir müdət İmamın üzünə baxmağa başlayır və İmam buyurur: Niyə cavab vermirsən? Deyir: Cavabını bilirəm, ancaq təəccüb edirəm ki, siz onu haradan gətirdiniz? Bütün yer üzündə hər şey öz təbii yolunda irəliləyir. Ancaq bir yerdə toyuq iki yumurta qoymuşdur ki, onlardan biri itmişdir. Sənin əlində olan da onlardan biri olmalıdır. Həzrət (ə) onu təsdiq etdi. Bu zaman ondan soruşdu: “Bu yerə necə çatmısan?”. Cavab verir: “Havayi-nəfsimlə müxalifət edərək. Ürəyimin istədiyinin əksinə əməl edərdim”. İmam (ə) ondan istəyir ki, müsəlman olsun. Cavab verir ki, istəmirəm. İmam (ə) buyurur: “Məgər havayi-nəfsinlə müxalifətlik etməyəcəkdinmi? Sən gərək öz əhdinə görə müsəlman olasan. Çünki müsəlman olmaq istəmirsən”. O, İmamın bu dəlilləri qarşısında cavab verə bilmir və müsəlman olur. Bir müddət sonra bu ruhi qabiliyyətini əldən verir. İmamın (ə) yanına gəlir və deyir: Əvvəllər ki müsəlman deyildim, belə bir qüdrətim var idi. İndi ki, Allahı qəbul etmişəm, qüdrətimi əldən verdim”. İmam (ə) buyurur: “İndiyə qədər zəhmət çəkirdin və Allah bu dünyada sənin bu zəhmətinin əvəzini verdi. Bu əvəzi alandan sonra Allahdan başqa şey istəmədin. Çünki Allahla biganə idin. Səhərdən axşama qədər insanların inəyindən və qoyunundan xəbər vermək və onları təəccübləndirmək bir hünər deyildir. İndi o şeyə ki, əməl edirsən, Allah onu ehtiyac olduğun yer üçün yığıb toplayır. Əvvəllər malik olduğun şey sənə əbədi səadətə çatmaq üçün fayda verməyəcəkdi”. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter