İlahİ təqdİrə razı olmaq İnsana nə verİr?
“Allah nə istəsə, o da olacaqdır” cümləsini çoxlarımız eşitmiş və istifadə edirik. Bəzən Allahın bizlərə təqdir etdiyinə batinimizdə razı oluruq. Bəzən də dildə deyir, ancaq qəlbən razı olmuruq. Bu zaman qəlbimizdə fırtınalar qopar. Bu cümləni dilimizə gətirir və yalan deyirik. (Tebyan)
Bəs Allahın təqdirinə razı olmaq nə deməkdir?
Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurur: “Razı olmağın mənası nədir?”. Cəbrayil (ə) cavab verir: “O kəs ki, razıdır, ağasının qəzəbini qəlbinə salmaz. İstər bu dünyada bir şeyə çatsın, istərsə də çatmasın”.
İmam Əli (ə) bu haqda buyurur: “Hər kim, öz rusinə razı olar, əlindən gedənlərə görə qəmgin olmaz”.
Allah Təala Davuda (ə) buyurur: “Sən istəyirsən və Mən istəyirəm. Baş verənlər isə Mənim istəyimlədir. Ona görə də əgər Mənim istəyimin qarşısında təslim olsan, istəyini yerinə yetirərəm. Əgər təslim olmasan, səni istədiyin (yolda) əziyyətə salaram. Nəhayət, Mənim istəyimdən qeyrisi həyata keçməz”.
İmam Xomeyni (r) bu haqda buyurur: “Riza - yəni bəndənin Allah Təaladan, Onun iradəsindən və təqdirindən razı qalmasıdır. O kəs ki, daxilində İslam əhkamlarından birinə etiraz edərsə, ya İslam əhkamlarından birinə küdurəti olarsa, ya da deyər ki, kaş bu yanlış hökm belə olsaydı, bu, İslam dininə razı olmaq deyildir”.
Rizanın nəticələri.
İlahi təqdirə razı olmağın o qədər savabı və fəziləti vardır ki, saymaqla bitməz. Onlardan bəsinə işarə edək:
Allaha yaxınlaşmaq.
“Nə zaman Allah bəndəsini sevər, onu bəlaya düçar edər. Əgər səbir edərsə, onu seçər, əgər razı qalarsa, onu özü üçün seçər”.
Qəm və qüssədən xilas olar.
İmam Əli (ə) buyurur: “Xoşluq və rahatlıq - yəqində və razılıqdadır. Qəm və qüssə isə şəkdə və narazılıqdadır”.
Öz məqamına görə razı olmaq.
İmam Həsən Müctəba (ə) buyurur: “Hər kim Allahın hüsni seçiminə söykənərsə, Allahın onun üçün seçdiyi vəziyyətdən qeyrisinin arzusunu etməz”.
Duaları qəbul olar.
“Mən o kəsə ki, qəlbinə Allahdan qeyrisi nüfuz etməz, zəmanət verirəm ki, Allah onu çağırar və duasını yerinə yetirər”.
İnsan həyatında iki cür hadisə ilə rastlaşar: Biri o hadisələrdir ki, onun iradəsindən xaricdir. İnsan istəsə də istəməsə də onu dəyişə bilməz. Misal üçün zəlzələ. İkinci hadisələr isə o hadisələrdir ki, insan ixtiyarı onu dəyişməyə qadirdir. Peşə seçmək kimi.
Birinci halda Allahın təqdirinə razı olmaq odur ki, insan Allahı Qadir, Rəhman və Rəhim qəbul edərək, hər nə edirsə, ən yaxşısını edir etiqadını qəbul etməkdir. Baxmayaraq ki, zahirdə bizim faydamıza görünməsə belə. Əgər insan həyata bu cür etiqadla yanaşarsa, bu zaman İlahi təqdirə heç bir zaman etiraz etməz. İnsan bilsə ki, filan hadisə onun xeyrinədir və ona savab qazandıracaqdır, bu zaman həmin işə meyl göstərər və razı olar.
İkinci dəstə hadisələrdə isə Allahın rizasına razı olmaq o şeydir ki, insan Allahın razı olduğu işlərə uyğun bir iş görər. Həqiqətdə Allah Təala insanın iradəsini həmin hadisənin səbəbi qərar vermişdir. Ona görə də bu cür hadisələrdə insan iradəsi İlahi təqdiratın bir hissəsi olar.
İnsan əgər Allahın biz bəndələrinə göndərdiklərinin hamısına razı olar, səbir edərsə, şübhəsiz ki, İlahi qürbə daha yaxın olanlardan olar. /Deyerler.org/