Hansı şeylər İnsanı İns-cİnnİn şərrİndən qoruyur?


Ayətullah Məzahiri öz əxlaq dərslərində insanı mənəvi baxımdan süquta uğradan müstəhəb əməllər barədə bəhs edib. O, deyib: \"Birinci müstəhəb əməl təharətdir; təharət döyüşdəki zirehə bənzəyir; yəni zireh insanı döyüşdə qoruduğu kimi təharət də həyatda və ins-cinlər ilə döyüşdə insanı qoruyur.
İkinci müstəhəb amma vacib həddində olan əməl əvvəl vaxt namaz qılmaq məsələsidir. Ümumiyyətlə namaz məsələsinə laqeyd yanaşmaq insanı mənəvi baxımdan süquta aparır, əlbəttə ki, Namazına əhəmiyyət verməyən, əvvəl vaxt namazını qılmayan, tələsik və təqibatsız namaz qılan şəxs, namazını onu ins-cinin şərrindən qoruyacağını gözləməsin, gözləməsin ki, namazı ona şəfaət edəcək.
Belə bir namazın insanı süquta aparmasından əlavə ona dunya və axirət bəlaları da gətirir\".
Ayətullah Məzahiri əlavə edib: \"İnsanı əzabdan qurtaran, pisliklərdən, günahdan və fəsaddan qoruyan namaz əvvəl vaxt və təqibatı ilə; heç olmasa zahiri ədəblərini, münasib geyimini gözləməklə qılınan namazdır.
Biz indi tərki-namaz barədə danışmaq istəmirik, əksinə namaza etinasızlıq, namazın fəzilətli vaxtına laqeyd yanaşmaq və tez-tez namaz qılmaq barədə söz açmaq istəyirik; belə bir namaz insanı uçurumdan saxlaya bilməz, Qurani-kərim belə bir namazı kəskin olaraq tənqid edir: «فَوَیْلٌ لِلْمُصَلِّینَ، الَّذینَ هُمْ عَنْ صَلاتِهِمْ ساهُونَ» (Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtı vaxtında qılmırlar).
Bütün məsumlar (ə) namaza xüsusilə əvvəl vaxt namaza xüsusi əhəmiyyət veriblər. Elə burdan da məsələnin nə dərəcədə əhəmiyyətli olduğu məlum olur.
Bütün məsumlar (ə) və onlar sonra isə böyük dini alimlər əvvəl vaxt namaza elə əhəmiyyət veriblər ki, sanki əvvəl vaxt namaz qılmaq vacib bir əməldir\".
Ayətullah Məzahiri insanı uçurumdan saxlayan üçüncü müstəhəb əməli Qurani-kərimlə mənus olmaqda hesab edib.
O, deyib: \"Qurani-kərimlə mənus olmaq məsələsi olduqca əhəmiyyətli məsələdir, insanı dünya və axirət bəlalarından qoruyur, həmçinin insanı insan və cinlərin şərrindən qoruyur. Misal olaraq rəvayətlərdə qeyd edilir ki: Hər kəs Ayətul-kürsünü bir dəfə oxuyarsa Allah Taala ona bir dəstə qoruyucu mələk göndərər, iki dəfə oxuyarsa iki dəstə qoruyucu mələk göndərər və əgər üç dəfə oxuyarsa Allah Taala mələklərə buyurar: Siz gedin Mən özüm bəndəmin qoruyucusuyam!. Əgər insanın qoruyucusu Allah Taala olarsa şübhəsiz insan bəlalardan qorunar\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter