İnsanın İdrak və düşüncə mərkəzİ onun ürəyİdİrmİ?
Cavab: Bir çox alimlər, eləcə də fizioloqlar və psixoloqlar isbat etmişlər ki, insanın sinir sistemi və beyni bədənin digər üzvləri kimi xüsusi vəzifəyə malikdirlər. Bədən sinirləri beyin sinirləri ilə xüsusi bir əlaqəyə malikdir. Ona görə də bədən sinirləri xaricdən duyduğu təsirləri beyinə ötürür. Məsələn, əlimizi oda tutduqda dərhal bütün bədəndə bu təsir hiss olunur. Eləcə də, göz gördüyü mənzərələri xüsusi siqnallarla görmə sinirlərinə ötürür. Beləcə görmə əməliyyatı gerçəkləşir.
Fizioloqlar beyinin fəaliyyətləri haqqında deyirlər: “İnsan düşündüyü vaxt onun beyin hücеyrәlәri bir çox fəaliyyətlər yerinə yetirir. Beyin güclü qidalanır və fosfor xaric edir. Düşüncəyə xidmət edən sinirlərin hər birinin xüsusi fəaliyyəti vardır. Əksər alimlər belə bir nəticəyə gəlmişlər ki, düşüncə və şüur mərkəzi məhz beyin hücеyrәlәridir. Amma bu düzgün deyil. Aparılan təcrübələr yalnız bunu sübut edir ki, xarici amillərin insan idrakına təsiri var. Uyğun fəaliyyətlərsiz insan düşünməyə, görməyə və eşitməyə qadir deyil. Amma beyin maddəsinin dərk etdiyi, gördüyü və eşitdiyi sübuta yetirilməmişdir.
Buna görə də dünyanın böyük alimləri bu fikirdədirlər ki, bədənin bu maddi mexanizmindən əlavə bir mexanizm də var. Orqanizmdəki mexanizm həmin mexanizmin öhdəsindədir. Gerçəklikləri dərk edən də odur. Pərdə arxasında olan bu qüvvəni əql, ruh, qəlb adlandırmışlar.
Gündəlik həyatımızda da əksər insanlar “qəlb” dedikdə həmin əql və ruhu başa düşürlər. “Qəlbimdə bir arzum var”, “sizi görməkdən qəlbim şad oldu”, “Qəlbimə gəldi ki” kimi təbirlərdə həmin pərdəarxası qüvvə nəzərdə tutulur.
Şübhəsiz ki, qəlb dedikdə sinədə yerləşən ürək nəzərdə tutulmur. Qəlbin ən çox işlənən mənalarından biri ruhdur. Məhz bu ruh düşüncə və şüur mərkəzi sayılır. (Azərbaycan dilində qəlb sırf pərdə arxası qüvvə mənasında başa düşülür, orqanizmdə qan dövranını tənzimləyən və sinədə yerləşən orqan isə ürək adlanır; ürək özü də iki mənada işlənir: Pərdəarxası qəlb mənasında və fizioloji orqan mənasında) Sinədə yerləşən ürək fizioloji bir orqandır və yuxarıdakı söhbətlərdən məlum oldu ki, insanın düşüncə və şüur mərkəzi pərdəarxası bir ürək və ya qəlbdir. Sinədəki ürəyin döyüntüləri insanın ümumi əhval-ruhiyyəsini göstərir. İstənilən bir hadisə ilk növbədə ürəyə təsir edir.
Qurani-məciddə xalq dilində danışılır. Ayədəki “ürək” kəlməsi həmin pərdəarxası ürək və ya qəlb, ağıl, ruhdur. Bəzi Quran ayələrinə nəzər salaq:
1. Qurani-məcid qiyamət günü haqqında danışarkən buyurur: “Onlar düşüncə sahibləri üçün bir xatırlatmadır.” Məlum olur ki, Qurani-məcid qiyamət səhnəsini insanlar üçün düşüncə vasitəsi kimi qərar vermişdir. Əgər biz sinədəki fizioloji orqan olan ürəyi nəzərdə tutsaq, ayədəki mənalar özünü doğrultmaz. Çünki bu güc hamıda var. Demək, məqsəd ağıl və düşüncə gücüdür.
2. Qurani-kərim qəlbi (ürəyi) bir sıra xüsusiyyətlərin və ruhiyyələrin mərkəzi kimi tanıtdırır. Əlbəttə ki, maddi ürək nəzərdə tutulmur. Bu sifətlər insanın ruhuna aid olan sifətlərdir. Məsələn, bir şəxs haqqında “Onun qəlbi daşdır” və ya “Onun qəlbi xəstədir” deyirlər. Əlbəttə ki, söhbət sinədəki orqandan getmir. Quran ürəyi (qəlbi) paklıq, iman, küfr, səadət mərkəzi kimi tanıyır.
Şübhəsiz ki, bu kimi sifətlər və hallar ruha aiddir. Yuxarıda deyilənlərdən məlum olur ki, nəzərdə tutulan məhz ruhdur. Xalq arasında isə ona həm qəlb, həm də ürək deyirlər.
Quranda zikr olunmuş ayənin mənası aydın oldu. Yəni Quran “sinədəki qəlb” ifadəsini işlətsə də, bu təbirlə ruh və əqlə işarə edir. Belə bir təbirin səbəbi sinədəki ürəyin ruhla möhkəm bağlı olmasıdır. Doğrudan da, ruhun əksər halları, ölüm və həyat ürəkdə öz əksini tapır.
Quranda təkcə ürək sözü yox, sinə sözü də ağıl və ruh mənasında işlədilir. Bir ayədə belə oxuyuruq: “Sənin sinəni genişləndirmədikmi?!” Başqa bir ayədə isə belə oxuyuruq: “Allah hidayət etmək istədiyi şəxsin sinəsini İslamın qəbulu üçün genişləndirər.” Məlum məsələdir ki, İslamı qəbul etməklə insanın sinəsi genişlənmir. Məlum olur ki, sinə təbiri də insanın ruhuna işarədir. Bir çox ruhi hallar ürəkdə təzahür etdiyindən, ürək məhz sinədə yerləşdiyindən bu bənzəmələrdən istifadə olunmuşdur.