Allah hər şeydən agahdır, bəs nİyə İnsanları İmtahana çəkİr?



İnsan yaradılışının hədəflərindən biri – onun imtahana çəkilməsidir. Quran buyurur:




“Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana
çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik”



. (“İnsan” 2).



“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mulk”
2).



“Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri

(səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı
mərhələdə) yaradan Odur”

. (“Hud” 7).



Allah hər şeydən agahdır, bəs niyə insanları imtana çəkir?



İnsanları imtahana çəkmək dərk etmək üçündür. Ancaq Allah bunun üçün imtahana çəkməz. Bəlkə ona görədir ki, insan bir əməl edər və ona əsasən insana
mükafat və ya cəza verər. Məsələn Allah bilir ki, filan bəndəsi müsibət qarşısında nə edəcəkdir. Ancaq yalnız bilməyə görə ona cəza və ya mükafat verə
bilməz. Biz necə ki, bilirik filan bənna ev tikə bilir və filan dərzi paltar, ancaq bu elmimizə görə heç bir zaman ona pul vermirik. O, gərək bir iş görsün
ki, muzdunu də alsın. (Tebyan)



Ya da filan müəllim bilir ki, hansı tələbəsi dərsi yaxşı oxumur. Ancaq imtahana çəkmədən ona qiymət yaza bilməz. İmam Əli (ə) buyurur:

“İlahi imtahan Allahın elm əldə etməsi üçün deyildir. Bəlkə ona görədir ki, insan bir əməl edər və bu əmələ görə mükafat və cəza olar”

.



İlahi imtahanın vasitələri: nemətlər, hadisələr, həyatın şirin və acı səhnələri. “Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız”. (“Ənbiya” 35).



Bəli, əgər imtahan olmazsa, insanı tanımaq olmaz. İnsanın səbri müsibətlər zamanı tanınar. İnsanın təslim və rizası acı hadisələr zamanı tanınar. İnsanın
təqvası, fədakarlığı Ilahi imtahanlar zamanı tanınar.



İmam Əli (ə) bizə İlahi imtahanla bağlı bəzi tövsylər vermişdir. Həzrət (ə) buyurur ki, Allaha belə dua etməyin ki, sizi imtahana çəkməsin. Çünki bu dünya
- imtahan dünyasıdır. Elə dua edin ki, bizi elə imtahana çəkməsin ki, öhdəsindən gələ bilməyək. İmam Əli (ə) imtahanın stimulu haqqında belə buyurur:


“Hədəf - insana şəxsiyyət bəxş edən yaxşı və pis sifətləri aşkar etməkdir. Məsələn, bəzi insanlar bəzi hadisələrə qarşı xüsusi həssaslıq
göstərirlər. İnsanlarda bəzi məsələlərə qarşı narahatlıq gizlənmişdir: qız övladı və yoxsulluq kimi. Halbuki, başqa birilərində nəinki belə bir
zəminə yoxdur, bəlkə İlahi təqdirə qarşı sevinc və razılıq hissi vardır. Bu iki qrup imtahana çəkilməzsə, zəminələr aşkar olmaz. Qabiliyyətləri
əmələ çevirməz. Nəticədə insanlar kamil insani tərbiyə əldə edə bilməzlər”


.





Nə edək ki, bu imtahandan başıuca çıxa bilək?



1. Allah dərgahında kömək diləyək.



2. Müsibətlər qarşısında olan səbrin mükafatlarına diqqət edək.


“Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan
edəcəyik. Səbir edənlərə müjdə ver”


. (“Bəqərə” 155).



3. Acıların və şirinlərin tez keçəcəyinə diqqət etmək.



4. Tarixdə imtahandan qələbə ilə çıxanların və məğlub olanların həyat hekayələrinə diqqət etmək.



5. İlahi vədələrə diqqət etmək. “Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır”! (“Şərh” 6).



6. İlahi yardımlara diqqət etmək. “Həqiqətən Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq”. (“Hicr” 95).




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter