İnsan özünü necə xar və zəlİl edə bİlər?



İnsanın dünya hərisliyi ona ən böyük xarlıq gətirər. İmam Sadiq (ə) buyurur:


“Layiqli deyildir ki, mömin özünü xar və zəlil etsin”


. Həzrətə (ə) deyirlər ki, mömin özünü necə xar və zəlil edər bilər?”. O Həzrət (ə) buyurur:


“Elə işlərə əl atır ki, onu yerinə yetirməyə gücü çatmır. Bu da səbəb olar ki, özünü xar etsin”


. (Tebyan)



Bu, elə bir məsələdir ki, insan həyatı boyunca dəfələrlə onunla rastlaşır. Başqa sözlə desək, insan ayağını yorğanına görə uzatmalıdır və ya yeyə biləcəyi
qədər tikə götürməlidir. O zaman ki, tikə böyük olar, ya ağzını paralayar, ya da boğazında qalar. İnsan bəzən elə bir iş görmək istəyir ki, ona gücü çatmır
və həmin işi də xarab edir. Bu xarabkarlığı da cəmiyyətdə xar və zəlil olmasına səbəb olur. Bu məsələnin iki kökü vardır: biri tamahdır və o brisi də
hərislikdir. O insanlar ki, böyük ticarətə girişirlər, ancaq götürdükləri tikə boğazlarında qalır, bu zaman xar və zəlil olurlar. Abırları da gedir. Bu,
onun ya tamahkar olmağına görədir, ya da həris olmağına görə.



Başqa bir hədisdə oxuyuruq ki, Zeyd ibni Suhan İmam Əlinin (ə) tərəfdaşlarından biri idi və o Həzrətə (ə) deyir: “O hansı xarlıqdır ki, başqa xarlıqlardan
daha zəliledicidir?”. Həzrət (ə) buyurur: “Dünyaya hərislik”. Hərislik dedikdə yəni daha çox istəmək nəzərdə tutulur.



Dünyaya həris olmaq isə insana ancaq xarlıq gətirər.



Zillətin amilləri.



Bəzi amillər vardır ki, insanın başını uca edər və onu qəlblərin məhbubuna çevirər. Bununla yanaşı, elə amillər də vardır ki, onlar insanı xar və zəlil
edər. Bu amilləri tanıyaq və onlardan çəkinməyə çalışaq:



1. Mübarizəni tərk etmək. O ümmət ki, mübarizə əhli olmaz, düşmən əlində zəlil olar. İmam Əli (ə) buyurur: “Hər kim cihadı tərk edərsə, Allah xarlıq libasını ona geyindirər”.



2. Tamah. İmam Baqir (ə) buyurur: “Ən böyük zillət - tamah xarlığıdır”.



3. Başqalarının hüququnu tapdalamaq.



4. İnsanları təhqir etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ən xar insan o kəsdir ki, insanlara xəyanət edər”.



5. Davamlı olmaq sevgisi. İmam Sadiq (ə) buyurur: “O kəs ki, həmişə sağ qalmaq istəyir, xar olar”.



6. Hərislik. İmam Əlidən (ə) soruşurlar: “Hansı zillət daha pisdir?”. Buyurur: “Dünya və dünyapərəstliyə hərislik”.



7. Dilənçilik. İmam Əli (ə) buyurur: “(Həmin) zillət, insanlardan dilənməkdir”.



8. Şəhvət. İmam Əli (ə) başqa yerdə buyurur: “O kəs ki, şəhvətinin əsiridir, quldan da xardır”.



9. Havayi-həvəs. İmam Əli (ə) buyurur: “O kəs ki, havayi-həvəsinə məğlubdur, qul olması və bədbəxtliyi həmişəlikdir”.



10. Təkəbbür. İmam Əli (ə) buyurur: “Hər kəs insanlara üsyünkarlıq edərsə, xar olar”.



11. Paxıllıq. İmam Əli (ə) buyurur: “Paxıl insan heç bir zaman başıuca olmaz”.



12. Pisliklərin qarşısında laqeyd olmaq. İmam Baqir (ə) buyurur:


“O kəs ki, bir məclisdə olar və orada İmam və ya rəhbərə pis söz deyərlərsə, o da müdafiə etməz, Allah dünyanın zillət libasını ona geyindirər və
ona əzab verər”


.



13. Eqoistlik. İmam Əli (ə) buyurur: “O kəs ki, özünü (başqalarından) böyük tutar, xar olar”.



14. Dünya tələbi. İmam Əli (ə) buyurur:


“İnsanlar dünyada iki dəstədirlər: bir dəstə insanlar özlərini dünyaya satırlar, özlərini onun zəlili edirlər. O biri dəstə isə dünyanı satar,
özünü azad və başıuca edər”


.



15. İnsanların istəyini Allahın razılığına üstün tutmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, insanların razılığını Allahın razılığından üstün tutarsa, Allah onu məzəmmət edər”.



Göründüyü kimi İslam istəyir ki, müsəlmanlar həmişə başıuca olsunlar. Dinimiz özünü xar və zəlil edən mömini bəyənmir. Ona görə də İmam Hüseyn (ə) buyurur:


İzzətli ölüm zillətli həyatdan daha yaxşıdır”. “Mən ölümü səadətdən başqa və zalımlarla yaşamağı xarlıqdan başqa bir şey bilmirəm”

.



Allah Təala bizləri izzətlilərdən qərar versin. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter