Yoqa məktəbİ nədİr?


Cavab: Yoqa məktəbi insanın qurtuluş yolunu yalnız ruhun təkamülündə görən sufilik tipli məktəbdir. Onlar öz məqsədlərinə çatmaq üçün üzücü pəhriz rejimlərindən istifadə edir və inanırlar ki, bu yolla azğın nəfsi ram etmək olar.
Yoqa məktəbinin ən böyük məqsədi ruhu dünyadan ayırmaq və onu Brəhmənə qovuşdurmaqdır. Onların nəzərincə, belə bir məqsədə yalnız tənha yaşamaq vasitəsi ilə çatmaq olar. Yoqa fəlsəfəsində şirk və bütpərəstlik nişanələri vardır.
Onların nəzərincə, maddi dünyanı yaradan Allah başqadır, nöqsansız ruhu yaradan Allah isə tamam başqadır.
Əlbəttə ki, nəfsin pəhrizlə tərbiyəsi (riyazət) təkcə Yoqa məktəbinə məxsus deyil. Hindistanda bu sayaq məktəblər çoxdur. Ona görə də Hindistanı mürtazlar (asketlər) ölkəsi adlandırırlar.
Şübhəsiz ki, bu sayaq ifratçı məktəbləri İslam rədd edir. İslam insanın qurtuluşunu dünyadan çəkinməkdə görmür. Dinimizdə dünyanı tərk etmək yox, dünyaya əsir olmamaq tapşırılır. Mənəvi kamilliyə çatmaq üçün dünyaya arxa çevirmək yox, nəfs istəklərini cilovlamaq lazımdır. İslamda üzücü riyazətlər qəbul olunmur və qadağan edilir. Şirk qoxusu gələn ikiallahlılıq İslam tərəfindən qəti rədd edilir və yeganə Allah aləmlərin Rəbbi kimi tanıtdırılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter