Ölümdən sonra təkamül vardırmı?



İnsanın ölümdən sonrakı təkamülü dünya həyatında olan hərəkətin davamıdır. Bərzəx həyatı haqqında danışanda onu yaddan çıxartmaq lazım deyildir ki, insanın
ruhu dünyadakı əməlləri ilə rabitəsini tamamilə kəsmir. Belə ki, insanın dünyada iki cür əməli vardır. Biri o əməllərdir ki, müstəqim şəkildə yerinə
yetirilir. İkincisi isə məsələn əgər kimsə məscid tikibsə, məscidin tikilməsi onun əməlidir, ancaq bu məsciddə bundan sonra yerinə yetirilən yaxşı əməllər
onunla qeyri-müstəqim şəkildə əlaqədədir. O vaxta qədər ki, məscid vardır. Burada baş verən əməllər bərzəxdə də ona nəsib olur. Buna saleh övlad da misal
ola bilər ki, daima öz valideynlərinə dua edərlər. (Askdin)



Dini mənbələrdə deyilir ki, insan bütün xeyir işlərdən – ibadətdən tutmuş, sədəqəyə və infaqa qədər – bərzəx aləmində və axirət dünyasında ondan
bəhrələnir. Bərzəx aləmi haqqında çox sayda hədislər nəql edilmişdir. Bu hədislərin bəzilərində nəql edilir ki, uşaqlara bərzəx aləmində İlahi Övliyaların
(ə) və Peyğəmbərlərin (ə) tərəfindən təlim keçilir. Onlar Qiyamət gününə hazırlanırlar. İmam Sadiq (ə) buyurur: “ Biz Əhli-beyt (ə) davamçılarımızın övladlarını Həzrət Fatimə (s.ə) tərbiyə edir”. İmam Kazımdan (ə) gələn hədisdə belə deyilir:
“Əgər dostlardan və ya Əhli-beyt (ə) davamçılarından biri ölərsə, Quran oxuya bilməzsə, bərzəxdə ona Quran öyrədərlər ki, Qiyamət günü Allah onun
dərəcəsini yuxarı qaldırsın. Behiştin dərəcələri insanın bildiyi Quran ayələrinin sayına görədir. Quran qarisinə deyərlər ki, oxu və yuxarı qalx. Və o,
oxuyar və yuxarı qalxar”.




Bərzəx aləminə daxil olmaq özü bir təkamül hərəkətidir. Quran ayələrindən belə görünür ki, bəzi insanları Qiyamət günü pak edərlər. Ancaq o kəslər ki,
peymanı qırıblar və Səma kitabına heç nəzər belə salmayıblar, onları pak etməzlər

. (“Ali-İmran” 77, “Bəqərə” 74).



Quranın bəzi ayələrində deyilir ki, Allah axirət aləmində möminləri imanları ilə behiştə daxil edər. (“Yunus” 9). Kafirlər və zalımları cəhənnəmə atarlar.
(“Nisa” 167-169).




Bu ayələrdən də görmək olur ki, insanın təkamülü axirətdə də davam edər. Bir çox günahkar möminlər Allahın rəhmət və məğfirət və İlahi Övliyaların
şəfaəti ilə günahlardan pak olarlar

. Bəzi hədislərdən görmək olur ki, bəzi günahkar möminlər ki, əzab və əziyyət içindədirlər, Qiyamət günü İlahi Övliyaların şəfaəti ilə azad olar və behiştə
gedərlər. Onlar behişt nemətlərindən bəhrələnərək, davamlı olaraq, kamala çatarlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter