Praqmatİzm nə deməkdİr?


Cavab: Praqmatizm məktəbinə mənsub olan alimlər hissi və əməli müddəalara əsaslanır və əqli müddəaları inkar edirlər. Bu cərəyanın nöqsanlı cəhətlərini aydınlaşdırmaq üçün praqmatizmin bəzi müddəalarını nəzərdən keçirək:
Fəlsəfə konkret bir sahəni əhatə etmir və həqiqətin müəyyənləşdirilməsi ilə məşğul olur. Məsələn, “səbəb və nəticə” fəlsəfənin mövzularından biridir. Əgər cismin zahiri haqqında fizika, daxili haqqında kimya araşdırma aparırsa, “səbəb və nəticə” kimi mövzular fəlsəfənin payına düşür. Fəlsəfi məsələlər iki qismə bölünür:
1. Hiss üzvləri ilə duyulmayan, maddi elmi vasitələrlə təcrübədən keçirilməyən məsələlər. Bəli, müəyyən məsələlər vardır ki, onlar yalnız əqli araşdırmaların predmetidir. Bu araşdırmalarla fəlsəfə məşğul olur.
2. Dəqiq elmlər vasitəsi ilə sübuta yetirilə bilən ümumi mövzular.
Praqmatizm məktəbinin əqidəsincə, hiss üzvləri vasitəsi ilə duyulmayan, təcrübədən keçirilə bilməyən məsələlər haqqında fikir yürütmək olmaz. Onlar bildirirlər ki, filosoflar min illər boyu mübahisələr aparsalar da, hansısa məsələdə vahid rəy bildirməyiblər; filosoflar arasındakı ixtilaflar göstərir ki, uyğun məsələlər həll ediləsi deyil. On yeddinci əsrdə bünövrəsi qoyulmuş bu nəzəriyyənin xülasə halda şərhini verdik.
İlahiyyat alimləri praqmatistlərə qarşı çox iradlar bildirmişlər. İlahiyyat alimlərinin nəzərincə, sözdə yalnız hiss oluna bilən şeyləri qəbul edən praqmatistlər əməldə öz dediklərinə müxalif çıxırlar. Məsələn, onlar deyirlər ki, işıq sürəti saniyədə üç yüz min kilometrdir. Hansı ki, bu məlumat təcrübə vasitəsi ilə əldə olunmamışdır. Bəs işıq sürəti necə müəyyən olunmuşdur? Alimlər işıq sürəti ilə bağlı apardıqları araşdırmalarda bu sürətin sabit olması qənaətinə gəlmişdilər. Ümumi araşdırmalar əsasında əqlə əsaslanaraq ümumi bir qanun təsdiqlənmişdir. Sual oluna bilər ki, bu qanun təkcə təcrübəninmi məhsuludur? Əlbəttə ki, uyğun qanunun kəşfində əqli araşdırmaların müstəsna rolu olmuşdur. Bu gün təbiətşünasların cəmiyyətə təqdim etdiyi qanunların əksəriyyəti hansısa həddə əqli araşdırmaların nəticəsidir. Məsələn, yerin torpaq qatları, bu qatların qalınlığı və tərkibi haqqında dəqiq məlumatlar verilir. Məgər bütün bunlar təcrübədə sübuta yetrilmişdirmi?!
Praqmatistlərin fikrincə, əgər bir məsələ ətrafında ixtilaf varsa və tərəflər əqli dəlillərə əsaslanırlarsa, bu məsələ həll olunası deyil. Hansı ki, hər bir ixtilaf həqiqətə doğru addımdır. Əgər iki alim hansısa elmi məsələ əsasında mübahisə edirsə, onların hər ikisini haqsız saymaq olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter