Bəxtİn bağlanmasını necə aradan aparmaq olar?
Bəxti bağlamaq, sehr və cadu - həqiqətdə mövcud olan məsələlərdəndir. Əlbəttə, bunları öyrənmək və öyrətmək haramdır. Ancaq onu nəzərə almaq lazımdır ki, məsələn qıza elçi gəlməyən zaman onu bəxti bağlamaqla əlaqələndirmək düz deyildir. İkincisi də hər kəs sehrbaz və ya cadugər ola bilməz. Bu işlə məşğul olanların çoxu kələkbazlardır. Necə ki, hər kəs həkim olduğunu iddia edə bilməz, eləcə də hər kəs sehrbaz ola bilməz.
Ancaq fərz edək ki, bir qıza qarşı sehr və cadu edilmişdir, onu necə məhv etmək olar?
1. Allaha dua edib, Ondan kömək diləmək.
2. “Fələq” və “Nas” surələrini çoxlu oxumaq.
3. “Yunus” surəsinin 75-82 ayələrini yazıb oxumaq.
4. Allaha təvəkkül etmək.
5. Allahın həqiqi övliyalarından və alimlərindən dua etməsini istəmək.
6. Sədəqə vermək.
7. Mərhum Şeyx Abbas Qumi “Salehlərin qiyaməti” kitabında yazır: “Bəxti açmaq üçün əvvəl “Fəth” surəsinin 1-2-ci ayəsini yazmaq, sonra “Rum” 21-ci ayəni yazmaq, sonra “Maidə” 23-cü ayəni yazmaq, sonra “Qəmər” 11-12-ci ayələri yazmaq, “Taha” 25-28-ci ayələri yazmaq, “Kəhf” 99-cu ayəni yazmaq, “Tövbə” 128-129-cu ayələri yazmaq və bu yazıları həmin şəxsin boynundan asmaq lazımdır”.
Siz Allahdan istəyin və bilin ki, hər şey Onun qüdrəti və iradəsi altındadır. Siz istəyin, əgər Allah istəsə, bu duanızı qəbul edəcəkdir. Ona təvəkkül etməyi heç vaxt yaddan çıxartmayın.
(İslami saytlara istinadən)