Kamİl əxlaq sahİblərİnİn dİnə ehtİyacı varmı?


Cavab: Şübhə yoxdur ki, əxlaq fəsadın qarşısını hansısa həddə ala bilər. Amma zahiri nizam cəmiyyətin islahı üçün kifayət edirmi? Şübhəsiz ki, yox! Əgər bəzi ölkələrdə bizim ölkələrimiz üçün xarakter olan fəsadlar aradan qaldırılmışdırsa, onların yerini daha təhlükəli ictimai fəsadlar tutmuşdur. Maskalanmış fitnə-fəsad cəmiyyətdə öz mənfi işini görür. Əgər bir vaxt oğurluq vardısa, indi qanqsterlik var. İndi oğrular həyətin barısından aşıb toyuq oğurlamır. Onlar texniki vasitələrlə silahlanıb böyük bankları yarırlar. Bu gün zahiri əxlaq normalarına riayət edən ölkələrdə qeyri-qanuni doğulmuş uşaqların sayı ildə iyirmi mini ötür. Əgər əxlaq dinin rolunu oynaya bilsəydi, bir bu qədər intihar, boşanma, terrorla rastlaşmazdıq. Bəzi alimlərin təbirincə, əxlaq imana istinad etdikdə cəmiyyətdə onun islahedici rolu güclənir. İmana istinad etməyən əxlaq etibarsız bir dəyərdir. Onu da qeyd edək ki, dünyanın sivil ölkələrində nəzərə çarpan əmin-аmanlığın səbəbi həmin ölkələrin vətəndaşlarının dini təlimlərə əməl etməsidir.
Dini, əxlaqdan fərqləndirən əsaslı bir xüsusiyyət odur ki, əxlaq yalnız insanlar arasında münasibət yaradır, din isə eyni zamanda Allahla insan arasında münasibətləri nizamlayır. Bu isə insanın təkamülü üçün çox ciddi bir şərtdir. Allah qarşısında məsuliyyətlə müşayiət olunan ilahi əxlaqı yalnız dünyəvi səadət xatirinə olan əxlaqla müqayisə etməyə dəyməz.
İmanı əxlaqdan üstün edən xüsusiyyətlərlə daha yaxından tanış olmaq üçün zəngin İslam ədəbiyyatından istifadə edə bilərsiniz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter