Nİyə Həzrət Nuhun (ə) övladı dönük çıxdı?


Ata və ananın ən mühüm vəzifələrindən biri budur ki, övladları ilə dostluq əlaqəsi yaradıb, onlarla qaşılıqlı anlaşmada olsun. Bunu bilmək lazımdır ki, bir ailənin müvəffəqiyyət qazanmasının rəmzi ata və ananın qarşılıqlı anlaşmasından asılıdır. Əgər həyat yoldaşları bir-birini başa düşmürlər və bir-birinə hörmət qoymurlarsa, övlad tərbiyəsində də o qədər mühüm nəticəyə çata bilməyəcəklər. Hətta əgər onlardan biri öz vəzifələrinə düzgün əməl etsə, yenə də övladlarına müsbət təsir qoymayacaqdır. Çünki o biri tərəf öz yanlış rəftarları ilə onun düzgün əxlaqının təsirini aradan qaldırmış olacaqdır. (Tebyan)
Həzrət Nuh (ə) ilə övladının dastanına bir nəzər salaq. Həzrət Nuh (ə) hər nə qədər səy edirdi ki, oğluna zəlalətdən nicat versin, buna görə də Allah dərgahında nalə edən zaman Allah ona belə vəhy etdi. “(Allah) buyurdu: “Ey Nuh, o, sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir!””. (“Hud” 46).
Həzrət Nuhun (ə) oğlu yolunu azmış idi, onun ardınca həlakətə tərəf gedirdi. Baxmayaraq ki, atası seçilmişlərdən idi, ancaq anası yolunu azmış olduğu üçün onun təsiri altına düşmüşdü. Ata və ana arasında anlaşma olmadığı üçün belə bir qeyri-saleh övlad meydana gəlmişdi. “Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»”. (“Təhrim” 10).
Övlad daima ata ilə ananın duasına möhtacdır. Belə bir dua tez qəbul olar. Valideynin övladı üçün etdiyi dua taleyini dəyişər. Dua övladın yaxşı tərbiyə olmasına təsir edən amillərdəndir. Dua başdan başa arzu və istəklərdir. Peyğəmbərlər (ə) bu dərsi bizə əməli şəkildə veriblər. Onlar övladlarının gələcək tərbiyələri üçün Allahdan kömək istəyir və dua edərdilər.
Həzrət İbrahimin (ə) duası: “Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat)”. (“Bəqərə” 128).
İmam Səccadın (ə) duası: “Allahım, mənə övladlarımın davamlılığına və onların layiqli olmasına görə minnət qoy. Allahım, onların ömrünü uzun et və həyatım boyu mənim üçün onları çoxalt, kiçik yaşlı olanlarını mənim üçün tərbiyə et, gücsüzlərinə güc ver, bədənlərini, dinlərini və əxlaqlarını mənim üçün sağlam et”.
Həzrət Zəkəriyyənin (ə) duası: «Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən». (“Ali-İmran” 38).

Övlad tərbiyəsi.
İslam dini övlad tərbiyəsində ən cüzi məsələlərə belə diqqət etmişdir. İslam dini buyurur ki, ata və ana heç bir zaman məsuliyyətdən qaça bilməzlər. “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun”. (“Təhrim” 6).
Bir müsəlmanın ailədəki vəzifəsi təkcə bu deyildir ki, özünü cəhənnəmdən qorusun. Bəlkə əsl vəzifəsi budur ki, bütün ailəsini cəhənnəm odundan qorusun. Saleh ata və ana özünü fikirləşdiyi kimi övladlarını da fikirləşərsin. «Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata-anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim. Və övladlarımı mənim üçün əməlisaleh (övlad) et. Mən Sənə tərəf qayıtdım və şübhəsiz, təslim olanlardanam». (“Əhqaf” 15).
Həzrət Peyğəmbər (s) buyurur: “Övladlarınıza ehtiram qoyun və onların ədəb və tərbiyəsi üçün çalışın”.
/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter