QƏBİR ÖZ SAHİBİNƏ NƏ DEYİR?
Mömin bəndə qəbirə daxil olan zaman qəbiri ona deyər: \"Mərhəba! Xoş gəlmisən. Allaha and olsun ki, mən səni sevdim. Mənim üzərimdəki torpaqda yol getdiyin vaxtdan, indi ki, qarnımdasan, səni daha çox sevdim”.
O kəslər ki, bu dünyada ancaq pul və sərvəti düşünürlər, uzun arzular qurur və xəyallarında saraylar tikirlər, bilməlidir ki, belə bir düçüncə onların xeyrinə deyildir. Bir gün elə bir zaman gəlib çatacaqdır ki, bu şirin xəyalları həsrətə çevriləcəkdir. Onun yerində peşmançılıqdan başqa bir şey qalmayacaqdır. Bu cür insanların həyatda ən böyük çətinlikləri odur ki, onlar ölümü unudublar. Heç bir zaman onun haqqında düşünmürlər.
İmam Əli (ə) buyurur: \"Allaha and olsun ki, əgər deyirəmsə ki, oyun deyil, ciddi və həqiqətdir, yalan deyildir. Bu, ölümdən başqa bir şey deyildir ki, sur çalanın dəvəti ilə hamı sürətlə öləcəkdir. Həqiqətən keçmişdəkiləri gördün ki, sərvət toplamış və yoxsulluqdan və çarəsizlikdən dəhşətə gəlirdilər. Uzun arzular fikirləşirdilər. Ölümü uzaq bilirdilər. Gördün ölüm necə başlarına endi? Onları vətənlərindən uzaqlaşdırdı. Təhlükəsiz evindən köçürtdü. Taxta tabutda əyləşmiş və insanlar onu əlbəəl aparırlar. Onların toplanmış mal-dövləti pərakəndə olar və varislərinə qalar. Qadınları başqaları ilə evlənər. Nə həsənələrinə bir şey əlavə edə bilər və nə günahından tövbə edə bilər”.
İmam Əlinin (ə) bu nurani kəlamları insanları qəflətdən oyadan əsaya bənzəyir. Bu qəflətdə olan insanlar əgər öz dəyərli vaxtlarının bir hissəsini ölümü xatırlamağa sərf etsələr, asanlıqla başa düşürələr ki, onların rəftarı yersiz rəftar olmuşdur. Hər bir insan kimi, onlar da bir gün ölümün acı şərbətini dadacaqlar. Özləri üçün qurduqları təmtəraqlı dünya ilə vidalaşmağa məcbur olacaqlar. Elə bu zaman öz mallarına həsrətlə baxar və ondan bir zərrə belə qəbirə gətirə bilməzlər.
O, elə vaxt özünə gələr ki, bu qədər sərvətdən ancaq bir parça kəfən nəsibi olmuşdur. Onun özü də bir müddətdən sonra çürüyüb gedəcəkdir. İnsanınn özündən də bir qədər zaman keçdikdən sonra sümük parçasından başqa bir şey qalmayacaqdır.
Ona görə bu, ölümdür ki, insanı sərvətindən, uzun arzularından ayırar. İnsan ölən zaman bu dünyada olanlarla bağı tamamilə qırılır. Ancaq onu qeyd etmək lazımdır ki, bəzi istisnalar mövcuddur. Bu həmin insanın əməl və rəftarlardır. Bu ikisi hər yerdə insanın həmdəmi və rəfiqi olmuşdur. Heç bir zaman ondan ayrı olmamışdır.
İmam Sadiq (ə) buyurur: \"Elə bir qəbir yoxdur ki, gündə üç dəfə deməsin: \"Mən torpaqdan olan evəm. Mən bəla və çürümək eviyəm”. O zaman ki, mömin bəndə qəbirə daxil olar, qəbirin torpağı onu salamlayıb, xoş gəlmisən deyər. Bu zaman görər ki, qəbiri genişlənər və qarşısına bir qapı çıxar. O, behiştdəki yerini bu qapıdan görər. Bu qapıdan elə bir kişi gələr ki, göz ondan gözəlini görməmişdir. O, həmin kişiyə deyər: \"Ey Allah bəndəsi! Mən heç bir zaman sənin kimi gözəlini görməmişəm. Sən kimsən?” O kişi deyər: \"Mən sənin malik olduğun yaxşı fikir və rəyinəm. Sənin layiqli işlərinəm ki, dünyada yerinə yetirmisən”.
Sonra onun ruhu alınar və behiştdəki münasib yerinə qoyular. Sonra ona deyilər: \"Yat və rahat ol ki, gözün aydın olsun, şadsan”. Ondan sonra daima ona behiştdən meh əsər və o qiyamət çatana qədər onun xoş iyini hiss edər.
Ancaq kafirin cəsədini qəbirə qoyan zaman qəbirin torpağı ona deyər: \"Nə xoş gəlmisən və nə də yerinə gəlmisən. Allaha and olsun ki, mənim üzərimdə yol getdiyin zaman səni düşmən bilirdim. İndiki mənim qarnımdasan, sənə qarşı düşmənçiliyim daha çoxdur. Tezliklə düşmənçiliyimin nişanəsini görəcəksən.
Bu zaman qəbir onu sıxar və cəsədini külə çevirər. Onu əvvəl olduğu torpağa qaytarar. Cəhənnəmdən qapı üzünə açılar. O, cəhənnəmdəki yerini görər. Sonra həmin qapıdan çirkin bir kişi girər. O, həmin kişiyə deyər: \"Ey Allah bəndəsi! Sən kimsən?”. O kişi cavabında deyər: \"Mən sənin dünyada gördüyün çirkin rəftarınam, sənin napak və xəbis rəyinəm”.
Sonra onun ruhu alınar və cəhənnəmdəki yerinə qoyular. Bu zaman davamlı olaraq cəhənnəmdən zəhərli alovun küləyi cəsədinə əsər. O, Qiyamətə qədər onun dərd və yanğısını hiss edər”.
Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni \"Məadşünaslıq” kitabında yazır: \"Doktor Hüseyn Ehsan adında bir dostum var idi. Qışın altı ayını Kərbəlaya gedər və orada həkimlik edərdi. Yoxsullardan pul almazdı. Çox səfalı və xeyir düşüncəli bir insan idi. O, nəql edir: \"Ziyarət üçün Kazımeynə (ə) getmişdim. Dəclənin sahilində gördüm ki, maşında cənazə gətirdilər. Onu düşürdüb çiyinlərinə aldılar. Onu İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (ə) hərəminə tərəf apardılar. Mən ziyarətə gəldiyim üçün onlarla bir yerdə hərəmə daxil oldum. Birdən gördüm ki, qəbirin üstündə qara və qorxulu bir it əyləmişdir. Çox təəccüb etdim. Öz-özümə dedim ki, bu it niyə cənazənin üstündə gedir ki? Ancaq bilmirdim ki, bu it onun bərzəx bədinidir. Yaxınımda olanlardan soruşdum: \"Cənazənin üstündə nə var?” Dedilər: \"Heç nə yoxdur. Həmin parçadır ki, üstünü örtüblər”. Bu zaman başa düşdüm ki, mənim gördüyüm həmin qara it - o insanın bərzəx aləmindəki misali bədənidir. Cənazəni hərəmə gətirdilər. İçəri girən zaman gördüm ki, o it aşağı düşdü və hərəmin bayırında dayandı. O cənazəni təvaf etdilər və geri qayıdan zaman həmin it yenə cənazənin üstünə tullandı və onun üstündə getməyə başladı” Onun sahibi çox günahkar bir insan idi. Doktor Ehsan səfalı batinə malik olduğu üçün onun bərzəxdəki simasını görmüşdü”.
Beləliklə, deyə bilərik ki, əgər öləndən sonra yaxşı aqibət istəyiriksə, gərək bu dünyada rəftar və əməlimnizə nəzarət edək. Heç bir zaman İlahi əzaba düçar olmayaq, çünki bizi dəhşətli aqibət gözləyər.