HƏZRƏT HƏMZƏYƏ NİYƏ “ALLAHIN VƏ RƏSULUNUN ŞİRRİ” ADINI VERMİŞDİLƏR?


Həmzə ibni Əbdülmüttəlib ibn Haşim ibni Əbdülmənaf, Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) əmisi idi. O, Peyğəmbərimizdəndən (s) təxminən 2 ya 4 yaş böyük idi.
Həmzə İslam dinini besətin 3-cü və ya 4-cü ilində qəbul etmişdir. O, Peyğəmbərin (s) yanına gəlir və deyir: \"Qardaş oğlu! O şey ki, deyirsən, haqdır?”. Həzrət (s) onun üçün Qurandan surə oxuyur ki, hər şey ona aydın olsun. Peyğəmbər (s) onun iman gətirməsinə görə çox sevinir. Onun müsəlman olması Peyğəmbərin (s) və başqa müsəlmanların şövkət və əzəmətini artırır. Çünki Həmzəyə görə Həzrəti (s) çox incidə bilmirdilər. O, Əbu Talibdən sonra Peyğəmbərin (s) tək himayəçisi idi. Ona görə də ona \"Allahın və Rəsulun şiri” adını vermişdilər. Bu haqda əziz Peyğəmbər (s) buyurur: \"Cəbrayil (ə) mənim yanıma gəldi və mənə xəbər verdi ki, Həmzə yeddi qatlı səma əhli yanında \"Allahın və Rəsulun şiri” adı ilə yazılmışdır”.
İmam Səccad (ə) buyurur: \"Heç bir qeyrət Həmzə ibni Əbdülmüttəlibin qeyrətindən savayı behiştə daxil olmaz. Bu, o zaman oldu ki, qoyunun qarnını Peyğəmbərin (s) üzərinə atdılar, o, qardaşı oğluna görə qəzəbləndi”.
Həmzə daima öz qardaşı oğlunu müdafiə edərdi. Belə ki, Əbu Cəhlin Peyğəmbərə (s) pis rəftarlarını görüb ona qarşı çıxır və həmçinin Uqbə beyətində Qureyş böyük bir sayla qılıncını çəkib müsəlmanların toplaşdığı Əbdülmüttəlibin evinə hücum edəndə Həmzə, İmam Əli (ə) ilə bir yerdə bu dəstənin qarşısına çıxmış və demişdi: \"Allaha and olsun ki, hər kim bu keçidə ayağını qoyarsa, onu tikə-tikə edərəm”. Müşriklər bunu görüb geri çəkildilər.
Həmzə Bədr döyüşündə ilk döyüşən üç nəfərdən biri idi. Quran buyurur: \"Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir”. (\"Həcc” 19). Bu ayə həmin 6 nəfər üçün nazil olmuşdu ki, üç nəfəri mömin və üç nəfəri kafir idi. Bu möminlərdən biri də Həmzə idi.
Müsəlmanlar Ühüd döyüşündə də igidliklə vuruşdular və bu səhnəni görən düşmənlər qaçmağa başladılar. Kafirləri ən çox Həmzə və İmam Əli (ə) narahat edirdi. Həmzə döyüş zamanı oruc tutmuşdu və o, 30 nəfəri öldürür. Hind (lən), Cubeyr ibni Mötəmin qullarından birinə belə bir təklif verir ki, əgər Həmzəni, ya Həzrət Muhəmmədi (s), ya İmam Əlini (ə) öldürsə, nə istəsə ona verəcəkdir. Bu vəhşi qul deyir: \"Mənim Muhəmmədə (s) əlim çatmaz. Tərəfdaşları onu əhatələrinə alıblar. Əli (ə) də vuruşan zaman ətrafına diqqətlə baxır. Ancaq ola bilsin ki, Həmzəni ödürə bilim. Çünki əsəbləşən zaman ayağının altını görmür”.
Vəhşi nəql edir: \"Gördüm ki, Həmzə insanları sürü kimi qırır. Hara baxsa, insanlar ondan qaçırdılar. Hər kim onunla üz-üzə gəlirdi, ölürdü. Mənə yaxınlaşan zaman nizəmi hazırladım və ona tərəf atdım. Həmzə yerə yıxıldı və bir müddət can verdi. Onun başının üstünə getdim və qarnını yardım. Ciyərini çıxartdım və Hind üçün apardım”. Hind ciyəri ağzına alır ki, çeynəsin. Ancaq o qədər daşlaşır ki, onu çeynəyə bilmir. Əbu Süfyan (lən) Həmzənin mübarək cənazəsinin yanından keçən zaman nizəsinin başını Həmzənin ağzına salır və deyir: \"Bunu dad!”
Ordunun səs-küyü kəsiləndən sonra müşriklər Məkkəyə tərəf qaçdılar. Peyğəmbər (s) bir-bir öz tərəfdaşlarını səsləyir və sonra soruşur: \"Əmim Həmzədən nə xəbər var?”. Haris ibni Səmə deyir: \"Onun öldüyü yeri bilirəm”. Həzrət (s) buyurur: Get və mənə ondan xəbər gətir. Haris Həmzənin cənazəsinin yanına gəlir və ancaq onu bu halda görən zaman qayıdıb xəbər verə bilmir.
Həzrət Peyğəmbər (s) görür ki, Haris gec qayıdır, İmam Əliyə (ə) əmr edir ki, əmisinin halını öyrənsin. İmam Əli (ə) də bu səhnəni görən zaman Peyğəmbərə (s) xəbər verə bilmir. O, da geri qayıtmır. Çarəsiz Peyğəmbər (s) özü Həmzənin yanına gəlir. Onu bu halda görən zaman ağlamağa başlayır və buyurur: \"Bundan da böyük müsibət görməyəcəyəm. Allah sənə rəhmət etsin, həmişə xeyir işlər üçün çalışmısan. Sileyi-rəhmə əlaqən olmuşdur”. O qədər ağlayır ki, özündən gedir. Özünə gələndən sonra əynində olan əbasını çıxardır və Həmzənin üzərinə örtür.
Həzrət Peyğəmbər (s) Həmzənin şəhadətindən sonra deyir: \"Ən üstün şəhid Həmzədir”.
İmam Əli (ə) sonralar Müaviyyəyə (lən) məktub yazır və buyurur: \"Çox sayda mühacir Allah yolunda şəhid oldu. O zaman ki, bizim şəhidimiz olan Həmzəni öldürdülər, dedilər: \"Seyyidi-şühəda”. Peyğəmbər (s) 70 təkbirlə cənazəsinə imtiyaz əlavə etdi. Sonra buyurdu: \"Allahın şiri bizdəndir, (Peyğəmbərin (s) əleyhinə) and içmiş şir sizdəndir””.
Peyğəmbər (s) Həmzənin qəbrini tez-tez ziyarət edərdi. Əmr edir ki, başqaları da onu ziyarət etsinlər. Həmçinin Həzrət Fatimə (s.ə) hər şənbə səhər Həmzənin qəbrinə gedər və onu ziyarət edərdi.
Allah Təala Həzrət Həmzənin uca mərtəbəsini daha da uca etsin.

(Tebyan/Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter