MƏSCİDDƏN TƏLƏSİK ÇIXMAĞIN HANSI MƏNFİ TƏSİRLƏRİ OLA BİLƏR?
Məscidə getmək barədə tövsiyə edilir ki, məscidə gedən şəxslər arasında siz ilk şəxs olun və məsciddən çıxanlar arasında da siz sonuncu şəxs olun və beləliklə əgər məsciddən çıxan zaman və məsciddən çıxmaq üçün tələssəniz yoxsulluq sizlərə üz gətirəcək. İslam mədəniyyətində işindən asılı olmayaraq (xeyir və yaxşı əməllərdən başqa) tələsmək bəyənilmir. Həyatda və işlərin görülməsində səbirli olmaq mömin sifətlərindən hesab edilir. Məscidə getmək barədə də tövsiyə edilib ki, məscidə gedən şəxslər arasında siz ilk şəxs olun və məsciddən çıxanlar arasında da siz sonuncu şəxs olun və beləliklə əgər məsciddən çıxan zaman və məsciddən çıxmaq üçün tələssəniz yoxsulluq sizlərə üz gətirəcək.
Böyük İslam Peyğəmbəri (s.ə) buyurur: \"20 xislət yoxsulluq gətirər o cümlədən məsciddən çıxarkən tələsmək\".
(Mustədrəkul-vəsail, cild 3, səhifə 416, hədis 3958)