İnsan mələkdən üstündürmü?


Cavab: İnsanlar və mələklər digər mövcudlar kimi Allahın məxluqlarıdır. Amma insanda mələkdə olmayan fövqəladə istedadlar vardır. Əgər insanda nəfs varsa, mələkdə nəfs yoxdur. Əgər heyvanda ağıl yoxdursa, mələkdə ağıl var. İnsanda isə həm nəfs vardır, həm ağıl. İnsan bu iki zidd qüvvəyə malik olduğundan məsuliyyəti də ağırdır. Əgər insan ağlına itaət edib iman ardınca getsə, nəfsini boğsa, mələkdən uca olur. Yox əgər ağlını ayaq altına alıb, nəfsinə itaət etsə, heyvandan da alçaq olur.
Quran ayələrinə əsasən, Allah-təala Adəmi yaratdığı vaxt mələklərə əmr etdi ki, ona səcdə etsinlər. Adəmə öz bildiklərini mələklərə danışması əmr olundu. Bəli, Adəm mələklərə müəllim qərar verildi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter