HİCAB ALLAHIN HAQQIDIR YOXSA İNSANIN?
Tanınmış İslam alimi Ayətullah Cavadi Amuli hicab barəsində bunları deyir:
\"Qadınlar bunu tam formada dərk etməlidirlər ki, hicab yalnız onun özünə, həyat yoldaşına və ya ailəsinə məxsus olan bir məsələ deyil ki, “mən öz haqqımdan keçirəm” və ya “mən ailəmin hicabsız olmağına razıyam” deyərək bu haqqdan boyun qaçırtsın. Bu dediyimiz qanun Qərbdə tam fərqlidir. Lakin islamda qadının hörməti qadının özündə və ya ailəsinin əlində deyil. Başqa sözlə desək hamı razı da olsa Quran buna razı deyil. Çünki qadının hörmət və heysiyyəti Allahın haqqı kimi hesab olunur. Allah qadını şəfqət sahibi olaraq yaradıb ki, mehribançılıq ustadı olsun və digərlərinə də sevgi paylasın. Lakin əgər cəmiyyətdə bu şəfqət və məhəbbət tərk olunaraq yerini şəhvətə verərsə, Qərbdə yaranan fəsad islam dünyasında da peyda olacaq. Elə bu səbəbdən heç kim “hicabsızlıqla razıyam” ifadəsini işlədə bilməz.
Quran, heç kim Allah haqqlarının müdafiəsi ilə razı olmasa da şəxslərdən fərdi şəkildə bunu icra etmələrini tələb edir. Quranın hakim olduğu cəmiyyət şəfqətdən ibarətdir. Bunun səbəbidə cəmiyyətin yarısını şəfqət ustadlarının, yəni anaların təşkil etməsidir. İstəsəkdə istəməsəkdə bu belədir.\"