HANSI MURDAR ŞEYLƏRİ BİR DƏFƏ SUYA ÇƏKMƏK KİFAYƏT EDƏR?


Cavab: Murdar şeydən murdarın eyni, əsli təmizləndikdən sonra onu kürr və ya axar suda bir dəfə suya çəkmək kifayətdir. Başqa yemək yeməyən südəmər körpənin sidiyi də bir dəfə suya çəkilməklə pak olur. Bir şərtlə ki, körpə donuz südü içməmiş olsun. Sidiklə murdarlanmış paltardan savayı şeylərin qəlil su ilə iki dəfə suya çəkmək lazımdır. Sidiklə murdarlanmış şey sidik təmizləndikdən sonra iki dəfə suya çəkilsə, ehtiyata əməl edilmiş olar. Şərabla murdarlanmış qabı qəlil su ilə üç dəfə suya çəkmək lazımdır. Yeddi dəfə suya çəkilsə, daha yaxşıdır. Donuzun maye içdiyi qab isə yeddi dəfə suya çəkilməlidir.

Sual: Murdar əl yuyulmuş sabun pakdırmı?
Cavab: Murdar əl yuyulmuş sabun kürr suya batırıldıqda və ya axar suya çəkildikdə pak olur. Bir şərtlə ki, onun daxili murdarlanmamış qalsın.

Sual: Murdarlanmış düyünü və ya əti necə paka çıxarmaq olar?
Cavab: Murdarlanmış düyünü və ya əti bir qaba qoyub, həmin qabı üç dəfə su ilə doldurub boşaltsanız, qabdakı düyü və ya ət pak olar.

Sual: Ayaqqabının murdarlanmış altını necə təmizləmək olar?
Cavab: Ayaqqabının murdarlanmış altını təmizləmək üçün on beş addım yol getmək kifayətdir. Bir şərtlə ki, torpaq pak, quru olsun.

Sual: Günəş hansı şeyləri paka çıxarır?
Cavab: Günəş vasitəsi ilə altı şey paka çıxır: torpaq, bina, tikilidə istifadə olunmuş qapı-pəncərə, divara çalınmış və binadan sayılan mıx, murdar həsir, ağac və otlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter