Namazda İqtida edən şəxsİn (məmumun) hansı vəzİfələri var?


Cavab: Mə’mum İmamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. Mə’mum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan mə’mum həmd və surəni də deyəsidir. Sübh, məğrib və işa namazlarında İmamın həmd surə səsini eşitmədikdə mə’mumun astadan həmd-surə oxuması müstəhəbdir. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətində həmd surə əvəzinə zikr demək müstəhəbdir. Mə’mum təkbirətul-ehramı İmamdan qabaq deməməlidir. Hətta vacib ehtiyata əsasən, İmam təkbiri qurtarmamış mə’mum təkbirə başlamamalıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter