Seyİdlİk nə zamandan başlamışdır?


Cavab: Seyidlik həzrət Peyğəmbər (s) xanədanında mövcud olan mənəvi bir şərəfdir. Həzrət Peyğəmbər (s) nəslindən olan bu insanlara xüsusi ehtiram göstərilir. Bu ehtiramın əsasını, şübhəsiz ki, həmin insanların həzrət Peyğəmbərlə (s) qohumluq əlaqəsi təşkil edir. “Seyyid” ərəbcədən tərcümədə “ağa” deməkdir. Bu kəlmə həzrət Peyğəmbərin (s) və məsum imamların bəzi buyuruqlarında da işlədilmişdir.
Amma belə bir titul seyyid olan şəxsə icazə vermir ki, İslam qanunlarını pozsun və özünü qanunlara münasibətdə başqalarından üstün saysın. Əslində seyyidliyin kökü Peyğəmbərin (s) və Peyğəmbər (s) əhli-beytinin əzəmətidir. Onlar öz uca şəxsiyyətləri sayəsində ağa, seyyid olmuşlar. Bu şəxsiyyət ucalığı həzrət Peyğəmbərin (s) babası Haşimədən gedir. Onun övladları da bu yolla iftixar qazanmışlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter