HƏZRƏT ADƏMİN (Ə) HANSI ELMİ VAR İDİ?


“Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin». (“Bəqərə” 31).
“(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır”. (“Bəqərə” 37).

Bəs bu ayələrdə adı çəkilən elm hansı elmdir?
Birinci ayədə adı çəkilən elm yaradılışın sirlərinə və varlıqların adlarına aid elm idi. Əllamə Təbatəbai buyurur: “Allahın öyrətdiyi bu adlar canlı və ağıl sahibi olan varlıqlardır. Qeyb pərdəsi arxasında olduğu üçün ona qarşı olan elm bizim öyrəndiyimiz elm kimi deyildir. Çünki əgər bizim bildiyimiz elmdən olsaydı, Həzrət Adəm (ə) o adları mələklərə söyləyən zaman, onlar da bunu bilməli idilər. Bu elm bilməkdə onlarla bərabər olmalı idi. Həzrət Adəm (ə) onlara bu adı öyrədir və həmin bu adları isə ona Allaha öyrədir. Belə olan halda insan mələklərdən üstün olmaz ki? Çünki belə olan halda mələklərin məqamı insandan daha uca və daha yüksəkdir.
Əgər həmin elm biz bildiyimiz elmdən olsaydı, mələklər Adəmin (ə) ancaq bəzi adları bilməsi ilə qənaətlənib, onu qəbul edərdilərmi? Məsələn Allah bir insana lüğət öyrədir, sonra da həmin insanı lüğəti bildiyi üçün mələklərdən üstün hesab edir. Sonra buyurar ki, bu insan Mənim yer üzündəki canişinimdir.
Qısası demək olar ki, Adəmin (ə) Allahdan aldığı elm mələklərə öyrəndiyi elmdən qeyrisi olmuşdur. Bu, elə bir elm idi ki, Adəm (ə) üçün onu öyrənmək asan və mələklər üçün qeyri-mümkün olmuşdur. Adəm (ə) əgər Allahın xəlifəsi olmaq ləyaqətinə nail olmuşdursa, bu elminə görə idi. Xəbər verdiyi elmə görə deyil, çünki xəbər verdiyi elmi mələklər də bilirdi. Nəhayət deyə bilərik ki, bu elm elə bir elm idi ki, mələklər onu bilmirdi və onu öyrənməyə qadir deyildirlər.
İkinci ayədə isə Allah Adəmə (ə) tövbə etməyin yollarını öyrədir. Bu cümlələr həmin bu ayədə bəyan edilir. “Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq». (“Əraf” 23).

Pərvərdigara! Səndən başqa Məbud yoxdur! Sən paksan və mən Səni sitayiş edirəm. Mən özümə zülm etmişəm, məni bağışla ki, Sən ən yaxşı bağışlayansan.
Allahım! Səndən başqa Məbud yoxdur. Sən paksan və mən Sənə sitayiş edirəm. Mən özümə zülm etdim, mənə rəhm et ki, ən yaxşı rəhm edənsən.
Allahım! Səndən başqa Məbud yoxdur! Sən paksan və Səni həmd edirəm. Mən özümə zülm etdim və rəhmətini mənim halıma şamil et. Tövbəmi qəbul et. Sən Təvvab və Rəhimsən.

Bu cür ayələr Həzrət Yunus (ə) və Həzrət Musa (ə) haqqında da nazil olmuşdu. Yunus (ə) Allahdan üzr istəyən zaman buyurur: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam». (“Ənbiya” 87).
Hədislərə nəzər salan zaman görmək olur ki, Adəm (ə) Allahın ən yaxşı məxluqlarının adına and verir və Allah da tövbəsini qəbul edir. Allahın ən yaxşı məxluqları isə Həzrət Muhəmməd (s), İmam Əli (ə), Xanım Fatimə (s.ə), İmam Həsən (ə), İmam Hüseyndir (ə).
(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter