İslamın çoxarvadlılıq hökmündən suİ-İstİfadənİn qarşısını necə almaq olar?
Cavab: Şübhəsiz ki, qanun nə qədər gözəl olsa da, onu icra edən lazımdır. Әks təqdirdə istənilən gözəl qanunun cəmiyyət üçün faydası olmur.
İslam təlimləri, Allaha iman bir çox insanların çirkin işlərdən çəkindirsə də, bütün cəmiyyət öz istəyinin ixtiyarına buraxıla bilməz. İstər-istəməz qanunu pozanlar, qanundan sui-istifadə edənlər tapılasıdır. Ona görə də ictimai ədalətin təmin olunması üçün həmin qanunlara nəzarət edənlər lazımdır. İslami hökumətin əsas vəzifələrindən biri də elə budur. İman və əxlaq yolu ilə özünü düzəldə bilməyən insanların qarşısını yalnız işlək qanunla almaq olar. Haqqı tapdanan insanların şərəf və ləyaqətinin qorunması İslam hökumətinin müqəddəs vəzifəsidir.
İslami qanunlara nəzarət məsələsi təkcə çoxarvadlılıq hökmünə aid deyil. İslam bütün sahələrdə müsəlmanların hüquqlarını qoruyur, onların insani haqlarının pozulmasına qarşı çıxır. Çoxarvadlılıq da uyğun sahələrdən biridir. İslam hökumətinin ixtiyarı var ki, çoxarvadlılıqdan sui-istifadə edənləri cəzalandıraraq, qadınların şərəf və ləyaqətini qorusun. Başqa bir nöqtəni də daim diqqətdə saxlamaq lazım gəlir. İslam qanunları zəncir halqaları tək bir-birinə bağlıdır. Əgər bir qanun icra olunmursa, demək, bu zəncir dairəsində qırıqlıq var. Hədd, diyə, qəzavət, təlaq və sair hökmlər İslam qanunlarının kompleks şəkildə işlədiyi cəmiyyətlərdə qoruna bilər. Əgər bütün İslam qanunları cəmiyyətdə icraya qoyularsa, kimsə bu qanunlar silsiləsini pozmağa cürət etməz. Unutmamalıyıq ki, İslam qanunları təkcə izdivac və təlaqdan ibarət deyil.