NƏ ÜÇÜN QURAN ZAHİR VƏ BATİN HAQDA SÖHBƏT AÇİR?


\"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö\'cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla öyüd-nəsihət eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!\" («əl-Ə\'raf», 179).
· Qur\'ani-Kərim öz tə\'limində bəşəriyyəti, onun dərketmə qabiliyyətini, fəhmini və səviyyəsini nəzərə almışdır. Yə\'ni, Qur\'an hər bir insanın insanlıq baxımından tərbiyə olunaraq kamala çatmasının mümkünlüyünü deyərək, tə\'limini bəşəriyyət dünyasına təqdim edir.



Qur\'ani-Kərimin zahiri və batini vardır

Allah Təala buyurur: \"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın\" («ən-Nisa», 36-cı ayə).
\"Murdar (başdan ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin\" («əl-Həcc», 30-cu ayə).
Qeyd olunmuş ayələrin zahiri mə\'nası insanları bütə ibadət edərək Allaha şərik qoşmaqdan çəkindirir. Lakin bu ayələri təhlil etdikdə aydın olur ki, bütpərəstlik Allahdan başqası qarşısında boyun əyərək ona bəndəçilik etmək olduğuna görə Allah tərəfindən qadağan edilmişdir. Allah Təala öz kəlamında insanlar tərəfindən bütün mə\'buda çevirilməsini pisləyərək buyurur: \"Ey Adəm övladı! Məgər Mən (dünyada) sizə: \"Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!\"-deyə, buyurmadımmı?!\".
Bu təhlilə yöndən yanaşdıqda mə\'lum olur ki, başqasına ibadət etməklə, insanın öz nəfsani istəklərinə ibadəti arasında heç bir fərq yoxdur. Yə\'ni, Allahdan başqasına itaət etmək düzgün olmadığı kimi, nəfsani istəklərinə də itaəti düzgün deyil. Allah Təala «əc-Casiyə» surəsinin 23-cü ayəsində buyurur: \"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən kimsəni gördünmü?\".
Bu ayənin təhlilində daha dərinliklərə baş vurduqda aydın olur ki, insan Allahdan başqasına həddən artıq diqqət yetirərək, ondan qəflət etməməlidir. Çünki, Allahdan başqasına həddən artıq diqqət yetirmək onun qarşısında kiçilmək və ona bəndəçilik etmək deməkdir. Allahdan başqasına iman gətirmək (ifrat bağlılıq), insan ibadətinin özəyini təmsil edərək, getdikcə onu zəlalətə sürükləyir. Bunu təsdiqləyən Allah kəlamını nəzərdən keçirək:
\"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö\'cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla öyüd-nəsihət eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!\" («əl-Ə\'raf», 179).
Göründüyü kimi, \"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın!\" (1) ayəsindən öncə, Allaha şərik qoşmamaq, bütlərə sitayiş etməmək məfhumu anlaşılmır. Bu ayəyə ətraflı nəzər saldıqda anlaşılır ki, insan Allahın izni olmadan başqasına itaət etməməlidir.
Qeyd etməliyik ki, Qur\'ani-Kərim ayələrinin mə\'nası bir-birini izləyir və birinci mə\'nadan anlaşılan məfhum növbəti mə\'nalara zəmin yaradaraq, sanki bir körpü rolunu oynayır. Beləliklə, bir ayənin ilkin (zahiri) mə\'nasından başqa, müxtəlif mə\'na çalarlığı, batini mə\'nası (daxili məzmunu) formalaşmış olur. Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə bu barədə deyilir: \"Qur\'anın zahiri və batini (daxili məzmunu) vardır. Batinin bir batini, ondan sonra isə yeddiyə qədər batini vardır\". (2) Mühüm məsələlərdən biri də budur ki, işarə etdiyimiz bu iki mə\'na, bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə, onlar biri-digərinin tamamlayıcısı rolunu oynayaraq, ayənin mə\'nasını daha da düzgün əks etdirir. Yə\'ni, heç bir zaman zahiri mə\'nadan anlaşılan məfhum batini mə\'nadan anlaşılan məfhumun əksinə çıxaraq onu inkar etmir. Həmçinin, batini mə\'nada da bu uyğunluq mövcuddur.

Nə üçün Qur\'an zahir və batin haqda söhbət açır?

1. İnsan həyatının ilkin mərhələsi dünyəvi həyatın müvəqqəti olması ilə yanaşı, maddiyat dənizinin dalğaları üzərində dolaşaraq, bu aləmlə sıx bağlı olan körpüyə bənzəyir. Onun daxili və xarici hissiyyatı maddi aləmlə bağlı olduğu kimi, fikirləri də bilavasitə onun hissiyyatı ilə əlaqədardır. İnsanın yemək, içmək, oturmaq, qalxmaq, getmək və gəlmək kimi bütün işləri maddə üzərində formalaşır və bundan başqa heç bir fikri yoxdur. İnsan dostluq, düşmənçilik, ucalıq və s. kimi mə\'nəvi proseslər haqqında düşündükdə də onların məzmununu, xarici formalarını təsəvvür etməklə qavrayır. Məsələn: qələbə şirinliyini şəkər şirinliyi ilə, dostluq cazibəsini maqnit cazibəsilə, insan ucalığını dağ ucalığı ilə müqayisə edir. Lakin buna baxmayaraq, insan fəhmi maddiyyat dünyası ilə müqayisədə, daha geniş dairəni əhatə edən mə\'nəvi aləmə aid prosesləri dərk etməkdə müxtəlif qruplara (təbəqələrə) bölünür. Məsələn: mə\'nəvi dəyərlərin dərkində bə\'zi insanların düşüncəsi sıfıra bərabər olduğu halda, digər insanlar bu dəyərlərin dərkində ən yüksək məqamlardan birini tutur. İnsanın mə\'nəvi dəyərləri dərk etmək bacarığı nə qədər artarsa, bir o qədər də maddi dünyaya və onun aldadıcı görünüşlərinə münasibəti azalacaqdır. Həmçinin, bu dəyərləri dərk etmək bacarığı məhdud olduqca, maddi dünyaya əlaqə daha da artacaqdır. Qeyd etmək lazımdır ki, bütün insanlar mə\'nəvi dəyərləri dərk etmək iste\'dadına malikdir. Onlar bu iste\'dadı batil etməyincə, bunları daha da inkişaf etdirmək mümkündür.

2. Belə alınır ki, insan fəhmində mövcud olan müxtəlif mərtəbələrin mə\'lumatlarının hər birini, nisbətən aşağı mərtəbəyə məhkum etmək (məcbur etmək) mümkün deyil. Bunu etməyə çalışdıqda isə heç bir nəticə verməyəcək, xüsusilə də mə\'nəvi proseslərin dərkində əgər onlar ümumi səviyyə nəzərə alınmadan təqdim olunarsa, tamamilə səmərəsiz qalacaq və məqsədini tam dolğunluğu ilə ifadə etməyəcəkdir. Buna misal olaraq bütpərəstliyi, məsələn, Hindistanda yayılmış bütpərəstlik məzhəblərindən birini özündə əks etdirən \"Upanişad\" (3) kitabını göstərmək olar. Bu kitabın əhatə etdiyi mövzularla yaxından tanış olaraq, onları müqayisəli şəkildə mənimsəyən şəxsə aydın olacaqdır ki, bu kitab xalis tövhiddən və vahidpərəstlikdən başqa heç nəyi təbliğ etmir. Lakin təəssüflə qeyd etməliyik ki, bu kitab öz məzmununu elə bir formada təbliğ edir ki, artıq praktikida öz əksini bütpərəstlik kimi tapır. Maddə və təbiət fövqündə duran sirrləri maddi aləmlə bağlı olan insanlara çatdırdıqda onların səviyyəsi nəzərə alınmalıdır və bu dəyərlər onlara sanki bir pərdə arxasından söylənilməlidir.

3. Bir sıra başqa dinlərdə bə\'zi insanlar, məsələn, məsihi, kəlimi, brahma məzhəblərində qadınların, bütpərəstlik və məsihi dinində müqəddəs kitabların maarifinə ümumxalq müdaxiləsinin qeyri-mümkünlüyü kimi bir sıra dini məziyyətlərdən məhrumdur. İslam dini isə məzhəbi məziyyətlərdə heç bir sinif və qrup üçün məhrumiyyət müəyyən etməmişdir və dini imtiyazlardan istifadə də sünnilər, şiələr, qadınlar, kişilər, qaradərililər, ağdərililər, bir sözlə, bütün insanlar bərabər hüquqa malikdir.
Allah Təala «Ali-İmran» surəsinin 195-ci ayəsində buyurur: «İstər kişi, istərsə də qadın olun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)».
Həmçinin, buyurur: \"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)\" («əl-Hucurat», 13-cü ayə).
Bu müqəddimələri nəzərdən keçirdikdən sonra deyirik: Qur\'ani-Kərim öz tə\'limində bəşəriyyəti, onun dərketmə qabiliyyətini, fəhmini və səviyyəsini nəzərə almışdır. Yə\'ni, Qur\'an hər bir insanın insanlıq baxımından tərbiyə olunaraq kamala çatmasının mümkünlüyünü deyərək, tə\'limini bəşəriyyət dünyasına təqdim edir. Qur\'an mə\'nəviyyatın dərkində insanların fəhminin kəskin surətdə fərqli olmasını nəzərə alaraq (qeyd etdik ki, yüksək mə\'nəvi dəyərlər insanlara təqdim olunarkən onların səviyyəsinə uyğun gəlmədikdə, başqa cür (səhv) anlaşıla bilər) öz tə\'limini onlara ən sadə formada, yə\'ni, bütün insanların başa düşəcəyi formada təqdim etmişdir.
Belə fikir vurğulana bilər ki, yüksək mə\'nəvi dəyərlər hamının başa düşə biləcəyi sadə dildə ifadə edilərək, elə vəzifələri onlara çatdırsın ki, zahiri mə\'nalarından anlasınlar. Həmçinin, müəyyən pərdə arxasındakı mə\'nəvi dəyərlər elə formada əks olunmalıdır ki, hər bir insan öz düşüncə səviyyəsinə uyğun olaraq bəhrələnə bilsin. Allah Təala buyurur: «Biz, onu anlaya biləsiniz deyə, ərəbcə Qur\'an qərar verdik. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O çox ucadır (bəşər fəhmi ona yetişmir), çox hikmətlidir (yaxud ayələri baxımından güclüdür), (yə\'ni, fəhmlərin ona yolu yoxdur)» («əz-Zuxruf», 3-4-cü ayələr).
Başqa bir ayədə buyurur: \"Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı\" («ər-Rə\'d», 17).

Rəsuli-Əkrəmdən rəvayət olunan hədisdə deyilir: \"Biz peyğəmbərlər insanlarla, onların ağıl və düşüncə səviyyəsinə uyğun olaraq söhbət edirik.\" (4)
Belə anlaşılır ki, Qur\'anın mə\'na və məzmunu, onun batini mə\'naları ilə müqayisədə, sanki bir misal rolunu oynayır. Yə\'ni, adi düşüncə səviyyəsinin fövqündə duran ilahi maarifi dərk etmək üçün (onları mə\'na baxımından insan dərkinə yaxınlaşdırmaq) həmçinin, bu yüksək dəyərlərə mə\'na körpüsü salmaq üçün insan fəhminə Allah tərəfindən hansısa məsələni başa düşməkdə misal çəkib (mə\'nasını) onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (ne\'mətimizə nankor olub, yalnız küfrü seçdi).
Habelə, buyurur: \"Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayırlar\" («əl-Əlkəbut», 43-cü ayə).
Qur\'ani-Kərim \"məsəllər\" haqda bir çox yerlərdə söhbət açır. Lakin bu iki ayə ilə kifayətlənirik. Sonda qeyd etməliyik ki, Qur\'anın söylədikləri, onun həqiqi məqsədi olan ali maarifə nisbətən, \"məsəllərdən\" ibarətdir.

Tərcümə edən: Heybət Heybətov

MƏNBƏLƏR:
1 - «Ən-Nisa», 36.
2 - «Səfinətül-bihar», «Batanə» maddəsi.
3 - Dünyanın ən qədim dinlərindən olan hinduizm dininin müqəddəs kitabı. Bu dinin sanskrit dilində yazılmış bir neçə fəlsəfi və dini kitabı vardır.
4 - «Biharul-ənvar», 1-35


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter