Kəbə evİ nə zamandan mövcud olmuşdur


Çoxsaylı ayə və rəvayətlərdən mə’lum olur ki, Kə’bə evi həzrət Adəmin dövründən mövcud olmuşdur. Həzrət İbrahim isə onu bərpa etmişdir. Həzrət İbrahim zövcəsi və oğlunu Məkkədə yerləşdirərkən deyir: “Pərvərdigara, ailəmdən bə’zisini bu quru və əkinsiz yerdə, Sənin evinin kənarında sakin etdim. Buna əsasən deyə bilərik ki, həzrət İsmailin südəmərlik dövründə də Kə’bədən əsər olmuşdur. “Ali-İmran” surəsində də Kə’bə xalqın ilk evi kimi yad olunur. “(Xatırla,) o zaman ki, İbrahim İsmail ilə evin (Kə’bənin) sütunlarını yuxarı qaldırırdı. (Və deyirdilər,) Pərvərdigara, bizdən qə’bul et. Həqiqətən, Sən eşidən və bilənsən.” ayəsində də evin sütunlarının İbrahim tərəfindən qaldırılmasından danışılır. Ayənin tə’birlərindən aydın olur ki, Kə’bənin əsasları əvvəlcədən mövcud olmuş, İbrahim və İsmail onları qaldırmışlar. Həzrət Əli (ə) də “Nəhcül-bəlağə”də bu nöqtəyə işarə etmişdir: “Allah həzrət Adəmin dövründən əbədi olaraq bütün xalqı Kə’bə və onun daşları ilə sınağa çəkir.

Həzrət İbrahim və İsmail bu işdə bərabər çalışmırdılar. Həzrət İbrahim bənnalıq edir, İsmail isə atasına daş verirdi. Ola bilər bu ayədə məhz bu səbəbdən o iki şəxsiyyətin adları fasilə ilə gətirilmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter