AİLƏNİN SƏADƏT VƏ BƏDBƏXTLİYİNİN SƏBƏBLƏRİ NƏDİR?
Səadət və bədbəxtlik insan əməllərinin, əxlaqının və əqidəsinin məhsuludur. Həqiqi əqaid, gözəl əxlaq, saleh əməl səadətin əmələ gəlməsinə səbəb olar və həqiqətə zidd olan əqidələr, pis əxlaq və çirkin əməl bədbəxtliyə səbəb olar. Səadət bu dünyada və axirətdə xoşbəxtlik deməkdir, bədbəxtlik isə bu dünyada və axirətdə bədbəxt olmaq deməkdir. Haqqın rizası və əbədi behişt xoşbəxtliyin səmərəsi, Haqqın düşməni olmaq və həmişəlik ağrılı əzab bədbəxtliyin meyvəsidir.
Əziz müsəlman ailələri yaxşı olar ki, bu iki həqiqətə - yəni səadət və bədbəxtliyə diqqət etsinlər. Ərlə arvad evliliyin lap əvvəlində səadət amillərinin cəzbinə və bir-birinin köməyi ilə bədbəxtliyin dəf edilməsinə çalışmalıdırlar ki, evləri hər ikisi üçün sağlam mühit və övladları üçün isə pak mühit olsun. Ailə gərək əvvəldən imanlı olsun, əməli saleh olsun və əxlaqı pakizə olsun, Allah rizası və İlahi behiştə daxil olmaq üçün zəminə hazırlasın.
Qurani-Məciddə və hədislərdə səadət və bədbəxtlik bəhsləri müfəssəl zikr olunmuşdur. Bütün insanlara xəbərdarlıq edilir ki, özlərini səadətdən məhrum edib, bədbəxtliyə düçar olmasınlar. Ailədə olan ailə üzvləri bir-birinə qarşı elə məsələlərdən uzaq olmalıdırlar ki, onların səadətlərinə düyün vurmasın. Əxlaqın gözəl və çirkin iki mərhələsinə işarə edək ki, ən çox ailələrin ehtiyacıdır. Ailələr Allaha və Qiyamətə iman, nübuvvət və vilayəti qəbul etmək sahəsində, vacibatlara - namaz qılmaq, oruc tutmaq, həcc, mali hüquqlar, haramlardan uzaq olmaq: haram yemək kimi, məhrəm, naməhrəm məsələlərinə riayət etmək sahəsində qəbul olunan həddədirlər. Ailələrin ən zəif yeri ondadır ki, onlar əxlaqi məsələlərə riayət etmir və nəfsin çirkinlərindən uzaq olmurlar.
(Ustad Hüseyn Ənsarianın nəzərlərinə istinadən)
“Dəyərlər”