BEHİŞTİN MİNİYİ NƏDİR?


llah Təala buyurar:”Behişt Məndəndir və behiştin memarı Məndən başqa heç kim deyildir. Mənim bu behiştim yeddi behiştdir. Onun eni bütün göylərin və yerin eni qədərdir. Mənim behiştim hazır və mövcuddur”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, behişt və cəhənnəmə inanmaz, kafir olmuşdur. Çünki Quran da buyurar: “Behişt və cəhənnəm indi də mövcuddur. Behişt Məndəndir, ancaq Mənim behiştim ilə sizin arasındakı fasilə çoxdur. Siz gərək minik tutasınız ki, behiştə çatasınız. Bu minik - itaətdir. Allahın, Peyğəmbərin (s) və Məsum İmamların (ə) sözlərinə qulaq asıb, əməl edin ki, behişt sizdən olsun”.

İtaət əhli o kəslərdir ki, pak mal əldə etmiş və Allah yolunda mallarından keçmişdilər. Onlar heç vaxt qoymazlar ki, qəzəbləri başqalarına əziyyət versin. Onlar yaxınlarına, və eləcə də onlara pislik edənlərə güzəşt edərlər.

Bəli, onlara itaət etməklə behşitə düşmək olar. Behiştin insanla fasiləsi vardır. Bu fasiləni gərək itaətlə yaxınlaşdıraq. Bəli bu sözlərin altında minə qədər məna gizlənir. İllər lazımdır ki, bu sözlərin mənasını açasan. (Erfan)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter