Nə üçün Allah-təala “Rəbbuş-Şİra”, yənİ Şİra (prosİon) ulduzunun Rəbbİ kİmİ tanıtdırır?
Cavab: Allahın Özünü “Rəbbuş-şira” adlandırmasının iki səbəbi var:
1. Xuzaə adlı ərəb qəbiləsi Şira ulduzuna pərəstiş edir, ona həmd oxuyurdular. Onların nəzərincə, yer üzündə əlаmәtlərin mənbəyi bu ulduz olmuşdur. Ona görə də Allah-təala bu ulduzun da başqa varlıqlar kimi yaradılmış bir varlıq olmasını önə çəkərək buyurur: “Şira ulduzunun da Rəbbi Odur.” Həmin qəbilənin nəzərinə çatdırılır ki, onlar yanlış yol tutaraq, Allahın yaratdıqlarından birinə pərəstiş edirlər.
2. Şira ulduzu səmadakı parlaq ulduzlardandır. Nücum sahəsinin biliciləri onu “alfa” və ya “ulduzlar padşahı” adlandırmışlar. Bu ulduzun bəzi maraqlı xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərdən bir qismini nəzərdən keçirək:
a) Paris rəsədxanasında aparılmış tədqiqatlara əsasən, Şira ulduzunun səthində temperatur yüz iyirmi min dərəcə santiqraddır. Hansı ki, planetimizi işıqlandırıb, onda həyatı təmin edən günəş səthində temperatur altı min beş yüz dərəcə santiqraddır. Demək, Şira ulduzunun temperaturu fövqəladə dərəcədə böyükdür.
b) Bu ulduzun xüsusi çəkisi suyun xüsusi çəkisindən 50 min dəfə ağırdır. Hansı ki, günəş sisteminin ən ağır xüsusi çəkiyə malik olan planeti Merkurinin xüsusi çəkisi sudan cəmi altı dəfə çoxdur. Belə bir xüsusi çəki Şira ulduzunun tərkibi haqqında maraqlı fərziyyələr doğurmuşdur.
v) Şira ulduzu, mərkəzində bir xətt boyunca düzülmüş üç ulduz olan gözəl bir trapesiyanın altında yerləşir.
q) Şira səmanın ən parlaq ulduzlarındandır. O, adətən, qış fəslində zühur edir. Amma qədim Misir münəccimlərinin dövründə, təqribən yeddi min il bundan qabaq Şira ulduzu yayın əvvəllərində görünərdi.
d) Şira ulduzu ilə bağlı aparılan araşdırmalardan məlum olmuşdur ki, bu ulduz günəşdən təqribən iyirmi dəfə böyük həcmə malik olan əzəmətli bir kürədir. Amma bu ulduz yer planetindən çox-çox uzaqdır. Bilirik ki, işıq sürəti saniyədə üç yüz min kilometrdir. Günəşin nuru yüz əlli milyon kilometr məsafəni səkkiz dəqiqə on üç saniyədə qət edərək, yerə çatır. Amma Şira ulduzunun işığı bizim yer kürəsinə on il yol gəlir.
İnkar etmirik ki, bu sayaq xüsusiyyətlərə malik başqa ulduzlar da var.