QURANİ-KƏRİMƏ GÖRƏ DAĞLARIN YARADILMA SƏBƏBLƏRİ NƏDİR?


İnsanların bu dünyada ilk pənah yeri - mağaralar olmuşdur. Mağaraların xüsusiyyəti belədir ki, yay fəslində sərin və qış fəslində isti saxlayır. Yaşayış üçün münasibdir. İnsanlar ev tikməyi öyrənməmişdən qabaq mağaralarda yaşayardılar. İndinin özündə də mağaralar böhranlı anlarda insanların pənah yeri olur.

Dağların faydası.
Həyatda hər şey hikmətlə yaradılmışdır və Allah heç bir şeyi yersiz və manasız yerə yaratmamışdır. Dağlar da bu qaydadan istisna deyildirlər. Onların varlığı yer üçün çox faydalıdır.

Suların dağda yerdəyişməsi.
Quran buyurur.: “Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən cüt-cüt və erkək və dişi yaradan Odur!” (“Rəd” surəsi).
Əgər Yer kürəsinin hər yeri düz və hamar olarsa, suyun yerini dəyişməsi çox çətin olardı. Suyun yer üzərindəki hərəkəti dağların vasitəsilə asanlaşıbdır. Əgər dağlar olmasaydı, yerin hər tərəfi bataqlıq olardı. Quran buyurur: “Və yer sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı”. (Nəhl” surəsi, 15).
Dağlar - suların böyük xəzinəsidir. İstər qar, istərsə də dağların altında olan sular Allahın nemətidir. Həmçinin dağlar buludların cəmləşdiyi yerdir. O zaman ki, dağların üzərindəki buludlar yağışlarını yerə tökürlər, dağlar bu suları xəzinə edir və toplayırlar. Dağlar bu suları topladığı kimi nizamla onu paylayırlar.

Rahatlıq yeri.
Quran buyurur: “Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? Dağları (onun səthində) mıxlar (etmədikmi?)”. (“Nəbə” surəsi 7,8).
Quran dağları mıxa bənzətmişdir. Mıx iki taxtanı birləşdirdiyi kimi, dağlar da yerin bir hissəsini o biri hissəsi ilə birləşdirir. Dağların quruluşu elədir ki, alt hissələrindən bir-biri ilə birləşib, böyük zireh təşkil edirlər. Onların bir-birinə bu cür birləşməsi yerə olan təzyiqləri dəf edər. Çünki yer üzərinə çox sayda təzyiqlər olur. Bu təzyiqlərdən biri yerin öz təzyiqidir. Yer kürəsinin mərkəzində həmişə hərarət yüksəkdir ki, orada hətta daşlar belə əriyib, su olurlar. Bu tufanlı yerlərdən Yer kürəsinə çox sayda təzyiqlər daxil olur. Əgər dağlar olmasaydı, Yer kürəsinin hər tərəfində qorxulu vulkanlar olardı.
Yer kürəsinə daxil olan başqa təzyiqlərdən biri də Ayla Günəşin Yer kürəsinə etdiyi təzyiqdir. Ayın təzyiqi o qədər güclüdür ki, dənizlərin və okeanların suyunu özünə tərəf cəzb edir.
Əgər Yer kürəsinin qabığı da dənizlər kimi müdafiəsiz olsaydı, kəskin yerdəyişmələrə gətirib çıxarardı. Yer kürəsi bu qədər mühafizə olmasına baxmayaraq, bu daş parçasında baş verən dəyişiklər nəticəsində Yerin səthi təxminən 30 santimetr aşağı enər və yuxarı qalxar. Hətta bəziləri bu fikirdədirlər ki, yerdə baş verən zəlzələlərin bir çoxu Ayın cəzbetmə qüvvəsinə görə olur. Ancaq bu dağlardır ki, həmin cazibənin qarşısını alır.

Dağlar - insan üçün pənah yeridir.
Quran buyurur: “Sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi”. (“Nəhl” surəsi 81).
Dağlar bütün yer üzərində pərakəndə halındadır. Orada yaşayış üçün şərait vardır. Bu dağlar dənizin qarşısını alaraq, daşqınlara mane olur, isti yerlərdə sərin mühit yaradır. Bəzən də soyuq küləklərin qarşısını alır. Dağların hesabına yer üzərindəki canlılar rahat yaşaya bilir və özləri üçün pənah yeri tapa bilirlər. (Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter