Həqİqİ Əhlİ-beyt (ə) davamçıları kİmlərdİr?
İmam Əli (ə) həqiqi Əhli-beyt (ə) davamçılarının xüsusiyyətlərini belə bəyan etmişdir: “Onlar (Əhli-beyt (ə) davamçıları) o kəslərdir ki, Allaha itaət etmək məqamında tamamilə təslim olurlar”.
Allah Quranda buyurur: “Bəlkə sən, bu sözə (bu Kitaba) iman gətirməyəcəkləri təqdirdə onların ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?” (“Kəhf” 6).
Bu ayədəki “bəxə nəfsək” ayəsi “öldürmək və həlak etmək” mənasındadır. O zaman ki, lazımlı yerində istifadə edilər, mütləq təslim mənasını verər. Ərəb dilində bir kəsin başqası qarşısında heç bir müqavimət göstərməməsi və onun əmrlərini yerinə yetirməsi zamanı “bəx” sözündən istifadə edirlər.
Əhli-beyt (ə) davamçılarınıın xüsusiyyətləri belədir ki, o zaman Allah Təala nəyh-əz-munkər edər, onun qarşısında təslim olarlar. Yəni, onlar başa düşəndə ki, Allah nəyi sevir, onlar çalışırlar ki, həmin əməli yaxşı şəkildə yerinə yetirsinlər. Onlar başa düşəndə ki, Allahın nələrdənsə xoşu gəlmir, çalışırlar ki, onu tərk etsinlər. Onlar Allahın əmrlərinə heç bir müqavimət göstərmirlər.
İbadət və itaətin mənası
Onlar ibadət məqamında da təvacökarcasına ibadət edərlər. İbadət - bəzən namaz, oruc mənasında istifadə edilir. Bəzən də ümumi mənada işlənir, yəni həm bu cür əməllərə şamil edilir və həm də o işlərə ki, Allah bəndəliyinin nişanələridir. Allaha itaət isə qürbət niyyəti ilə olaraq, ibadətə aid edilir. Yəni o işlər ki, Allaha yaxınlaşmaq üçün həyata keçirilərsə, ümumi mənada ibadətdir. Ona görə də ibadət ancaq namaz qılıb, oruc tutmaqla bitmir. Ancaq burada itaət və ibadət bir-birinin yanında qərar tuturlar.
Həzrət Əli (ə) Əhli-beyt (ə) davamçısının iki xüsusiyyətini belə bəyan edir: “Əhli-beyt (ə) davamçıları Allaha itaət məqamında o qədər təslimdirlər ki, özlərindən heç bir müqavimət göstərmirlər. O zaman ki, deyirsiniz ki, namaz qılın, ya malının xümsünü verin, onlar bu işi görməkdə heç ləngimirlər. O biri xüsusiyyəti isə budur ki, Əhli-beyt (ə) davamçıları pərəstiş məqamında, məsələn namaz, təvazökarlığı zahiri bir mərasim kimi yerinə yetirmirlər”.
Ümid edirik ki, biz də Həzrətin buyurduğu həqiqi Əhli-beyt (ə) davamçılarından olarıq, inşəallah! (Tebyan/ Deyerler.org)