Nə üçün Peyğəmbər öz səhabələri ilə məsləhətləşirdi?
Həzrət Peyğəmbər elm və bilik, siyasət baxımından bütün yaradılmışlardan üstün olduğu halda, nə üçün ona göstəriş verilir ki, başqaları ilə məsləhətləşsin? Qurani-kərimdə oxuyuruq: “O kəslər ki... işlərini öz aralarında məsləhət-məşvərətlə görər...” Ayənin məqsədi nədir?
Cavab: Quranın özündə bu sayaq suallara cavab verilmişdir. Allah-təala buyurur: “Həqiqətən, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün Allahın rəsulu gözəl nümunədir.” Demək, həzrət Peyğəmbərin başqaları ilə məsləhətləşməkdə məqsədi onların təlim-tərbiyəsidir. Həzrət öz ətrafındakılara öyrədir ki, ondan sonra problemlərlə üzləşdikdə məsləhət-məşvərət yolu ilə ictimai çətinliklərini həll etsinlər. Bir halda ki, maarif, elm, siyasət, tədbir sahəsində hamıdan üstün olan bir şəxs özünü başqalarının məsləhətindən ehtiyacsız bilmir, ətrafındakılar da onun bu işindən nümunə götürüb, çətinlik zamanı özbaşına iş görməməlidirlər.