Qİyamət günü günahkarlar sorğuya çəkİləcəkmİ?
Cavab: Ayənin əsil mahiyyətini növbəti ayə açıqlayır. Həmin surənin növbəti ayəsində oxuyuruq: “Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar.” “Yasin” surəsində də uyğun məsələyə toxunulmuşdur. Buyurulur: “Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.” Demək, haqqında danışılan ayədəki “sorğuya çəkilməz” ifadəsinin əsil mənası odur ki, insan dili ilə cavab verməz.