Nə üçün Yusİf öz qardaşlarına böhtan atılması İlə razılaşdı?


Cavab: Aşağıdakı ayədə uyğun əhvalata işarə olunur: Yusif onların yüklərini bağladığı vaxt “padşah piyaləsini” qardaşının yükünün içinə qoydu. Sonra bir carçı haray çəkib dedi: “Ey karvan əhli siz həqiqətən oğrusunuz.” Ayədə bildirilir ki, piyaləni qardaşının yükünə Yusif qoydu. Oğurluq haqqında car çəkən isə başqa bir şəxs idi. Bu nöqtəni nəzərdən qaçırmaq olmaz.
Bəs nə üçün Yusif belə bir iş gördü? Məsələni aydınlaşdırmaq üçün surənin başqa bir ayəsini nəzərdən keçirək: “Yusif qardaşının yükündən qabaq onların yükünü axtarmağa başladı. Sonra su qabını qardaşının yükündən tapıb çıxardı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını öz yanında saxlaya bilməzdi. Allah öz istədiyini dərəcələrə yüksəldir...” Ayədən göründüyü kimi, Yusif öz qardaşını yanında saxlamaq üçün başqa yol tapa bilmədi. Həmin qıtlıq illərində nə Misir qanunları buna icazə verirdi, nə də Yusifin o biri qardaşları bu məsələ ilə razılaşmırdılar. Bir çox təfsirçilərin fikrincə, Yusif bu məsələni qardaşı ilə əvvəlcədən razılaşmışdı. O gizli bir görüşdə qardaşını qarşıda baş verəcək hadisədən xəbərdar etmişdi. Bütün bunları nəzərə alsaq, Yusifin gördüyü işə nöqsan tutmamalıyıq. Çünki məqsəd başqa idi və qardaşı da bu işə razılıq vermişdi.
Digər bir tərəfdən, Yusif qardaşına böhtan atmadı, yalan demədi. Hansısa məmur oğurluq olduğunu ehtimal edərək, yükləri yoxlamağa başladı. Beləcə, Yusifin qardaşı ittiham еdildi və onu həbs olundu. Hadisənin mahiyyətindən xəbərdar olan Yusifin qardaşı susurdu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter